35 suala cavab ver, aşiq ol!
37, Baku, Azerbaycan

Əvvəllər bir-birini tanımayan adamların sonradan necə çox az vaxt ərzində qarşılıqlı sevgi hissləri ilə bağlandıqları ilə bağlı maraqlı araşdırma var.

20 il əvvəl psixoloq Artur Aron bir eksperiment həyata keçirib. Bir-birini tanımayan qadınlar və kişilər öz partnyorları ilə 36 sual-cavab edirlər. Sonra isə susaraq 4 dəqiqə bir-birlərinə baxırlar. Yarım il sonra bu cütlüklərin əksəriyyəti evlənir.

Suallar isə sadədir.fdf2d4.png

1. Bütün dünyadan bir nəfəri nahar üçün dəvət etməli olsaydın bu kim olardı?

2. Məşhur olmaq istərdinizmi? Hansı sahədə?

3. Telefonla danışmazdan əvvəl nə deyəcəyinizi məşq edirsiniz? Niyə?

4. Mükəmməl bir günü izah edərsiniz?

5. Ən son nə vaxt öz-özünə mahnı oxumusan? Birinə mahnı oxumusan ?

6. Əgər 90 il yaşasaydınız, ömrünüzün son 60 ilini də 30 yaşınızdakı ya ağlınız, ya da bədəniniz ilə keçirtmək imkanınız olsaydı, hansını seçərdiniz?

7. Necə öləcəyiniz haqqında şüuraltı hissləriniz varmı?

8. Sizdə və sizin partnyorunuzda olan 3 ortaq xüsusiyyət nədir?

9. Həyatında ən böyük minnətdarlıq hissi nəyə görədir?

10. Yetişmə tərzinizdə nəyi dəyişmək istəyərdiniz?

11. 4 dəqiqə ərzində öz partnyorunuza həyatınızı mümkün qədər ətraflı danışın.

12. Növbəti günə yeni bir özəllik və qabiliyyətlə başlamaq imkanınız olsaydı, nəyi seçərdiniz?

13. Əgər haqqınızda hər şeyi düz deyə bilən kristal şarınız olsaydı, nəyi bilmək istəyərdiniz?

14. Uzun zamandır xəyalını qurduğun, amma etmədiyin bir şey varmı? Etməmə səbəbin nədir?

15. Həyatda ən böyük nailiyyətiniz nədir?

16. Dostlarınızda ən çox nəyi qiymətləndirirsiniz?

17. Ən gözəl xatirəniz hansıdır?

18. Ən qorxulu xatirəniz hansıdır?

19. Əgər bir il ərzində öləcəyinizi bilsəz indiki həyatınızda nəyi dəyişmək istəyərdiniz? Niyə?

20. Dostluq sizin üçün nə deməkdir?

21. Sevgi və məhəbbət sizin həyatınızda necə rol oynayır?

22. Partnyorunuzun müsbət xüsusiyyətlərini sıra ilə 5 maddədə sayın.

23. Ailə üzvləriniz bir-birinə nə qədər yaxındır? Başqa insanlara nisbətən daha xoşbəxt uşaqlıq keçirdiyinizi fikirləşirsiniz?

24. Ananızla münasibətləriniz haqqında nə düşünürsünüz?

25. Biz sözü ilə başlayan üç doğru cümlə qurun. Məsələn, “ Biz bu otaqda hiss edirik ki,...”.

26. Bu frazanı tamamlayın: “ Mən kimləsə bölüşmək istəyirəm, ...”.

27. Əgər partnyorunuzun ən yaxın dostu olmaq istəsəniz, o sizin haqqınızda ən əsas nəyi bilməlidir ?

28. Partnyorunuzda bəyəndiyiniz bir xüsusiyyəti deyin. Çox dürüst olun və onu az tanıyan insanın deyə bilməyəcəyi bir şeyi deyin.

29. Partnyorunuzla yaşadığınız ən xoşagəlməz anı paylaşın.

30. Axırıncı dəfə nə vaxt və nə səbəbə ağlamısınız?

31. Öz partnyorunuzda artıq bəyəndiyiniz şeyləri danışın.

32. Nə hədsiz ciddidir və zarafatlar niyə uğursuzdur?

33. Əgər siz, heç kəslə daha əvvəl danışmadığınız nəsə haqqında ünsiyyət qurmaq imkanı olmadan bir gecə ölsəydiniz daha çox heyfslənərdiniz? Nəyə görə hələ də ona bunu deməmisiniz?

34. Sizin bütün əmlakınız olan eviniz yandı.Yaxınların və ev heyvanlarının xilasından sonra sizin yenə də evə qayıdıb hansısa əşyanı çıxartmaq üçün vaxtınız olarsa, bu nə olardı? Nə üçün?

35. Ailə üzvlərinizdən kimin ölümü sizi daha çox üzərdi? Nə üçün?

36. Şəxsi problemlərinizi paylaşın və partnyorlarınızdan məsləhətlər alın. Onlar bu vəziyyətdə necə davranardılar.

Məntiq ondadır ki, insanlar bu suallarla digərinin həyatının həssas sahələrinə baxış əldə edirlər.

246 views
 
Yorumlar
Cassie 13.03.2016

1 Burak Ozciviti
2 Jurnalistika
3 Hec vaxt bedaheten gelir))
4 Sevdiklerimle kecirdiyim her saniyye menim ucun mukemmeldi
5 Mene mahni oxuyublar men oxumamiwam))
6 Orasini hele fikirlewmemiwem
7 Yoxdu
8 Partnyorum yoxdu
9 Gozel agilli hec kimi ozume reqib bilmemeyimde
10 Azad olmaq isderdim butun arzularimi reallawdirmaq isderdim
11 Olmuyan bir wey haqda daniwa bilmerem
12 Toxu toxuyardim))
13 Gelecek heyatimi bilmek isderdim
14 Ayda yawamaq isderdim amma bunu ede bilmirem
15 En boyuk naliyyetim gozel dostlara sahib olmagimdi
16 Sdiq olmalarini yalan daniwmamalarini sehfimi uzume demeleri
17 Demirem)))
18 Qorxulu kinoya baxmiwdim bir gun bax o))
19 Gezerdim butun gunu xarici olkelerde
20 Dost menim ucun her sirrimi boluweceyim biri demekdi
21 Olmuyub ona gore de deye bilmerem
22 Sen ne isdiyirsen eee bu partnyordan yoxdu daa booo)))
23 Sa ne ne qeder yaxindi))))bele dee
24 Eladi superdi derd ortagimdi dosdumdu canimdi
25 Biz mehriban duwmenlerik))) Biz seni doymek isdiyirik)) Biz kosmosa gedirik))
26 Derdimi
27 Hediyyeleri sevdiyimi))
28 Yoxdu
29 Ozu olmadigi ucun ani da yoxdu
30 Aglamiram agladiram
31 Yoxdu
32 Qeliz sualdi
33 Suali oxumaga sebrim catmadi
34 Telefon. darixmamaq ucun))
35 Allah uzaq elesin))) bu suali beyenmedim
36 Problemim odu ki senin bu partnyorun qurtarmadi daa)))


Suallarinda ele ozune oxwuyur)))el cekmedin de bu partnyordan)))

Emin Emin 14.03.2016

Partnyorunu çağırardın söbət bağlanardı daaa))

Boss 14.03.2016

Sebrim yerinde olsa doldurardim..Maraqlidi..Beyendim )

YAGMUR-DAMLASI 03.03.2016

1.Mert Yazicioglu
2.aktrisa kimi
3.cox vaxt yox.beynime guvenirem tez soz istehsal edir)))
4.En sevdiklerimle bir yerde soyugdan donmagda mukemmeldi.
5.bu yaxinlarda,bawqasina nadir halda olar
6 30 yawimda nece bir aglim olacag bilmirem deqiq deye bilmeycem.
7 yoxdu
8 partnyorum yoxdu.
9. saglam gozel zekali dunyagoruwlu olmagim
10 daha azad heyat )
11 olanda daniwaram))
12 her hansisa bir ustunluyumu vurguluyardim
13 pis cehetelerimi
14 xeyalim universitet etmeli oldugum cox oxumag etdiyim az oxumag sebeb tenbelliyin uzu qara olsun)))
15 ozum deye bilmiyecem gerey bawqasi desin meni taniyan biri
16 sadiq olmaqlarini ve yalan daniwmamalarini
17 o mene qalsin
18 elim yanmiwdi o
19. sevdiklerime daha cox zaman ayiraram.
20 her komeyime yetiwen her sevincimi bole bileceyim her biweyimi deye bileceyim wexs
21 hal hazirda rolu azdi maraq yoxdu
22 yoxdu
23 yox
24anam menim en yaxin padruqamdi )
25 biz –de bize biz deyiller sizde bize ne deyiller)))))))))))
Biz cox xowbextik ki onu tanimiwiq.
Biz hec vaxt yola getmirik.
26 derdimi
27 nelere nifret etdiyimi
28 yoxdur partnyor sadece bloq maraqli geldi cavab verdim suallara)))

30 esebden agliyiram 99%
32 menle bagli zaraafatlar)))
33 insanlari sixmagdan bezdirmekden fobiyam var
34 texniki avadanliqlar ve aksessuarlarim )))
35 Allah uzaq elesin..Tebii ki anam..Heyatimi ona borcluyam
36 eslinde laqeyd deyiller amma srazo ozlerinden daniwirlar sevmirem men bu hereketi.

Bele bele iwler))

Emin Emin 09.03.2016

*THUMBS UP*

Lady 05.03.2016

Heç bir suala 1 konkret cvb tapa bilmədim))))))

Emin Emin 09.03.2016

məncə bəzilərinə tapardın ama axotun olmadə hə))

Egzon 02.03.2016

5

Emin Emin 03.03.2016

*HI*

Blog
Bloglar 5 dakikada bir güncelleniyor