Emin's blog

Emin
37, Baku, Azerbaycan

Əvvəllər bir-birini tanımayan adamların sonradan necə çox az vaxt ərzində qarşılıqlı sevgi hissləri ilə bağlandıqları ilə bağlı maraqlı araşdırma var.

20 il əvvəl psixoloq Artur Aron bir eksperiment həyata keçirib. Bir-birini tanımayan qadınlar və kişilər öz partnyorları ilə 36 sual-cavab edirlər. Sonra isə susaraq 4 dəqiqə bir-birlərinə baxırlar. Yarım il sonra bu cütlüklərin əksəriyyəti evlənir.

Suallar isə sadədir.


15.05.2016

Asan deyil ele yaşarkən ölmək
Sonsuz sevgini nifrətə çevirmək
Ürəyim yanar ama səbr edirəm mən
Hər gün unutmağa söz verirəm mən
Asan deyil o rəsmlərə baxmaq
Unudulmaz xatirələri unutmaq
Ağladı ürək hisslərim şahid
Mən deyildim axı bu dərdə layiq
Asan deyil get xoşbəxt ol demək
Göz görər ama görməməzlik etmək
Bacarmıram bacarmıram asan deyil
Hər şey bildiyin kimi sadə deyil
Asan deyil gecələri rahat yatmaq
Hər sabahı yoxluğunla oyanmaq
Durub dayanıb uşaq kimi ağlamaq
Rəsmlərinə yad biri kimi baxmaq
Asan deyil hər şeyi silib unutmaq
Uzaqlaşmaq istəyibdə qayıtmaq
Unutmaq üçün başqasını sevmək
Yaraşmaz bizə yoxdu xəyanət
Asan deyil yaralarmı bağlamaq
Siqarəti dərdlərimə çarə sanmaq
Sakitləşmək üçün çəkirəm yenə
Mənası…


Əmirəl-möminin (ə) buyurur: "Allah Təala Həzrət Musaya (ə) vəhy edir: "Ey Musa! Dörd şeylə bağlı tövsiyəmi yadda saxla:

1. Bilməyənəcən ki, günahların bağışlanıbdır - başqalarının eybini tutma.
2. Bilməyənəcən ki, Allahın xəzinəsi qurtarıbdır - ruzinin qəmini yemə.
3. Görməyənəcən ki, Mənim padşahlıq və mülküm əldən gedibdir - başqalarına ümid bəsləmə.
4. Şeytanın ölüsünü görməyənədək, onun məkrindən amanda olma"".


Bir gün bir müsəlmandan soruşurlar....
— Niyə sizin qadınlar açıq saçıq geyinməyə pis baxırlarr?
Müsəlman cebindən 2 konfet çıxardır… biri kağıza bükülü halda digəri isə kağızsız...
— buyur seç..
— Əlbətdə konfet kağızına bükülü olanı seçirəm...
— O zaman sualınızın cavabını anlamısınız..


Çıxıb gileyinin dumanlığından,
Bir dərə sükutlu marağa döndüm.
Mənə eylədiyin yamanlığınla
Keçmişin yaxşıdır, yoxsa ki, indin?

Sevgi zirvələşib əlşatmaz oldu
Getdi uzaqlarda isitdi bizi.
Bəlkə soyuyubdur gəncliyin odu.
Gəl günəşə tutaq ürəyimizi

İndi ürəyimiz quruca yurddu
Sən unut demişdin,mən də unutdum...
Yaşatdıq ömürdə neçə sualı
Dostların "niyə"si cavabsız qaldı.
Cəsarət istədim içə sualı
O nə məndə oldu, nə səndə oldu...

Bir axşam əllərin göyərçin kimi
Çırpınıb qəfildən çıxdı əlimdən.
Çəmənlər izinin göyərtisimi?
Çiçəklər arxanca baxdı əlimdən.

Bahara bu şaxta haradan düşdü?
Çəmənlər saraldı,güllər büzüşdü.
Atıldı dilimdən "qayıt" nidası.
Sən onda küləklər aparan qayıq
Mənsə tənha qalan həsrət adası.
Uzaqda deyildin, yolun bir addım,
Vüqarım qoymadı bir addım atım.
Sən elə bilirsən qurtardı hər şey?!
Sən unut demişdin, Mən də unutdum?!


Kişi var ki, kişidir, amma kişiynən işi yox,

Kişi var, nakişidir, amma deyir ki, kişi yox.

Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox…

Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi,
Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox.

Kişi var, arvadının xeyli vişindən buraxıb,
Kişi var, arvadının dövri-qədimdən vişi yox.

Kişi var, Azərbaycanda beşindən biridir,
Kişi var ki, evində biri vardır, beşi yox.

O qədim Ankarada Pünhana erkək dedilər,
Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.


Bu gün geriyə baxmaq istədim.
Bağladığım bir kitabı yenidən vərəqləmək istədim...

Səni xatırlamaq istədim.
Hüzün dolu göz yaşlarım axsın istədim,səssiz,səmirsiz,səbəbs​iz...

Geriyə dönmək əlimdə olsaydı təqvimlərin vərəqlərini cırardım tək-tək.

Qaytarardım geriyə səni, sənlə keçən günləri.
Bircə gülüşün üçün dünyaları verərdim.

Baxışında qeyb olub gedərdim.
Dünya mənimdi deyərdim..Aradan bu qədər zaman keçdi,

amma mən hələ də eyni yerdəyəm.
Nə geriyə dönə bilirəm, nə də irəliləyə bilirəm.

Səni unuda bilmirəm, sevdiyim.
Səni silə bilmirəm həyatımdan, ürəyimdən...

Nə yaxınlaşa bilirəm sənə,nə də uzaqlaşa bilirəm səndən.
Bəlkə də özüm istəmirəm bunu...

Bir dünyam vardı , içində yalnız mənim və sənin olduğun.
Getdiyin gün yıxıldı dünyam.

Bu dünyanı qurarkən bir şeyi unutmuşam.
Xəyallar heç vaxt gerçək olmur...

Amma heç nəyə baxmayaraq mən səni…


Bu gün geriyə baxmaq istədim.
Bağladığım bir kitabı yenidən vərəqləmək istədim...

Səni xatırlamaq istədim.
Hüzün dolu göz yaşlarım axsın istədim,səssiz,səmirsiz,səbəbs​iz...

Geriyə dönmək əlimdə olsaydı təqvimlərin vərəqlərini cırardım tək-tək.

Qaytarardım geriyə səni, sənlə keçən günləri.
Bircə gülüşün üçün dünyaları verərdim.

Baxışında qeyb olub gedərdim.
Dünya mənimdi deyərdim..Aradan bu qədər zaman keçdi,

amma mən hələ də eyni yerdəyəm.
Nə geriyə dönə bilirəm, nə də irəliləyə bilirəm.

Səni unuda bilmirəm, sevdiyim.
Səni silə bilmirəm həyatımdan, ürəyimdən...

Nə yaxınlaşa bilirəm sənə,nə də uzaqlaşa bilirəm səndən.
Bəlkə də özüm istəmirəm bunu...

Bir dünyam vardı , içində…


14.12.2011

Qaldira bilmeyeceymiz yuku.
Dasiya bilmiyeceyimiz derdi.
Ceke bilmiyeceymiz cileni.
Gede bilmiyeceymiz yolu. Asa bilmiyeceymiz engeli.
Yasaya bilmiyeceymiz cani.
Seve bilmiyeceyimiz yari. Vere bilmiyeceymiz cavabi.
Yeye bilmiyeceyimiz loxmani.
Danisa bilmiyeceymiz sozu.
Eside bilmiyeceymiz sesi.
Qovusa bilmeyeciyimiz esqi.
Verme bize ey REBBIM


Meni gözel xatırla
Bunlar son misralar
Ferz et ki, bir külek idim, esib keçdim heyatından
Ya da bir yağmur, sel oldum çöllerde
Sonra torpaq çekdi suyu canına
Yox olub getdim, belke röya idim seninçün
Oyandın ve men bitdim

Meni gözel xatırla!
Çünki sevdim senin men, her şeyini
Sene sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzüne vurmadım heç bir nöqsanını
Meni üzdün qınamadım
Alışmışdım vefasızlığa, el oldun aldırmadım

Meni gözel xatırla!
Sehifelerce mektub buraxdım sene
Şerler yazdım her gece çoxunu oxutmadım
Saxladım günahını, savabını içimde, sessizce getdim
Senden evvelkiler kimi sende başa düşmedin

Meni gözel xatırla!
Sene unudulmaz geceler buraxdım
Sene en yorğun sabahlar
Gülüşümü, gözlerimi, sonra sesimi buraxdım
Söylenmemiş ”Salamlar” buraxdım her künce
“Vidalar” buraxdım dayanacaqlara
Ne axtararsan…


← önceki 1 2 3 4 5 sonraki
Blog
Bloglar 5 dakikada bir güncelleniyor