Saralmış ümid
25, Sumgayit, Azerbaycan

Xəzər daha eşitməzdi səsimi...
Bakı sənin xətrinə şəhərimdir.
Son ümid gözləyir son nəfəsimi,
Deməli, bu səhər son səhərimdir.

İllər ötüb, üz-üzə dayanmışıq.
Bu iki sevgidə üç ömür sönüb.
Demə ki, nifrəti sevgi sanmışıq.
Bəlkə də, sevgimiz nifrətə dönüb.


Qaranlıq sabahı, parlaq dünəni
İndi fikirləşib, tənha ölürük.
Bircə şəkil qalıb sevdirən səni,
O şəkildə üçümüz də gülürük.

Onunla sevgiyə doymursan indi.
Xəyalın məndədir, gülüşün onda.
Bir gülüş nədir ki, qıymırsan indi?
Qəlbimi sevindir bu qəmli sonda.


Gözləri süzdürüb, başını əyib,
Baxırsan saralmış tozlu şəkilə.
Köhnə rəsmimizi geri istəyib,
Qorxduğum arzunu gətirmə dilə.

Nə olar, əlini uzatma və sus.
Növbəti görüşə bəhanə saxla.
Qəlbinin sarayı özgəyə məxsus,
Mənə də üç divar viranə saxla...


Gedəndə, kədərli xəyala dalıb,
Məni də yanına salıb aparma.
Saralmış bir ümid əlimdə qalıb,
Onu da əlimdən alıb aparma.

Saralmış ümid

22 views
 
Yorumlar
jokerboy 06.04.2015

Ela

Blog
Bloglar 5 dakikada bir güncelleniyor