06.11.2014
Nağıl
25, Sumgayit, Azerbaycan

Gəl, bir nağıl icad eləyək qüssə çəkincə,
Xasiyyətimiz əksini tapsın bu nağılda.

Sən Leyli tək incə,
Mən Məcnun ağılda.

Gəl bir nağıl icad eləyək "Həsrət" adında,
Mən yerdə gəzim, sən süzəsən mavi səmadə.

Sən qu qanadında,
Mən payi-piyadə.

Gəl bir nağıl icad eləyək şaxtalı qışdan,
Bəhs eyləyək həm də payızın mənzərəsindən.

Sən güclü yağışdan,
Mən qar dənəsindən.

Gəl bir nağıl icad eləyək, sən sarı yarpaq,
Mən də qara torpaq, sənə aşiq, sənə vurğun.

Sən ay kimi parlaq,
Mən yer kimi solğun.

Gəl bir nağıl icad eləyək ki, məsəl olsun.
Çünki, adı dillərdə gəzənlər ola bilməz

Səndən gözəl olsun,
Məndən qaradinməz...

0 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor