”Məni sevirsən?”
25, Sumgayit, Azerbaycan

Qız oğlanı çox sevirdi..Yamyaşıl düzənlikləri verdi
oğlana yaşam həvəsi verən..
-”Məni sevirsən?”
- “Hə” dedi oğlan..
Günəşi, Ayı verdi qız oğlana…Ulduzları qurban etdi
oğlanın ayaqları altda..
-”Məni sevirsən?”
-“Əlbəttə” dedi oğlan…
Qız hər gün daha çox bağlanırdı oğlana…Yaşam ipini
bütünlüklə oğlanın əlinə vermişdi..İstədiyi vaxt çəkib qızı
məhv edə bilərdi oğlan..İki bədəndə bir ürək olmuşdu
oğlanla..
-“Məni sevirsən?”
-“Bilirsən..” dedi oğlan…
Qız dağları verdi oğlana…Daha uca zirvələrdə görmək
istədi həyatının mənasını..
-“Məni sevirsən?”
Aşağılara baxdı oğlan zirvədən..Başqalarını gördü..Susdu
oğlan… Ağladı qız…Göz yaşlarını verdi oğlana..Almadı
oğlan..Qürurunu verdi qız oğlana..Təccübləndi oğlan…
Qız yenə astaca soruşdu:

Redaktə üçün giflər

-“Məni sevirsən?”
-“Onu da sevirəm, səni də..” –dedi oğlan..
Susdu qız..
Verəcək bir şeyi qalmadığında..
Getdi oğlan…Qız ardından baxdı..Susdu..Heç nə
demədi..Bir gün oğlan geriyə qayıtdı..
“Sənin ürəyinə, sevginə ehtiyacım var” dedi qıza…
Çıxarıb ürəyini verdi qız oğlana..Qorxdu oğlan..
-“Məni sevirsən?”-deyə soruşdu qızdan…….
Son….

Beyenmeyi unutmayın...!

Redaktə üçün giflər

11 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor