ZƏHMƏT OLMAZSA BƏYƏNİN VƏ RƏY BİLDİRİN..ÇOX KÖVRƏLDİCİDİR!!!!!!!!!
25, Baku, Azerbaycan

 Gənc oğlan, işə gedərkən hər gün yolunun üzərindəki güllərlə dolu bağçaya baxmadan keçə bilməzdi. Hər səhər o rəngarəng güllər içini sevinclə doldururdu. Günlər keçdikcə güllərə baxan gözləri, bağçadakı evə ilişməyə başladı.. Çünki, son günlərdə o evdə, tül pərdənin gerisində bir gənc qızın üzünü görürdü. Hər keçişində güllərə və pəncərədə müəyyən naməlum görünüb itən gənc qıza baxmadan edə bilmirdi. Bir səhər hər zamankından daha erkən yola çıxdı. Bağçanın önünə gəldiyində ürəyinin titrədiyini, içinin ürpərdiyini hiss etdi; hər gün tül pərdənin arxasında gördüyü qız, bağçada gülləri sulayırdı. Gözəl qız, gənc adamı görüncə üzü qızararaq içəri qaçdı. Gənc qızın xəyalı gözlərindən itməsin deyə cəhd göstərər kimi gözlərini sabit bir halda bir gülə tikərək eləcə qaldı. Gördüyü gözəlliyin təsirində qalmış, sevdalandığını düşünürdü. Gənc oğlan, artıq hər gün bir əvvəlkinə nisbətən bir az daha erkən keçirdi, qızı təkrar görərəm ümidiylə. Lakin tüllərin gerisində görünüb qaçan bir üzünnən başqa şey görə bilmir, qəhr olurdu. Gənc qız da hər səhər həyacanla tüllər arxasına keçir, gənc adamın gəlməsini gözləyirdi. Bir gün, gənc adam bağçanın qarşısından keçmədi. Gənc qız gün boyunca boşuna gözlədi. Sabahısı gün, daha sabahısı gün yenə boşuna gözlədi, gənc adam gəlmədi. Gənc qızın ürəyinə hüzn dolurdu. Başqa bir gün, yenə ümidsiz gözlərlə yola baxarkən, bir qrup insanın çiyinlərində tabutla keçdiklərini gördü gənc qız. Ağlından keçən qorxunc düşüncədən bütün bədəninin titrədiyini hiss etdi, ürəyi sıxışdı; yoxsa gənc adam ölmüş idimi!.. Gənc qız yenə hər gün tüllərin arxasına keçir, boş gözlərlə çölə baxırdı. Üzü də, artıq baxmadığı, sulamadığı gülləri kimi tənəffüs edirdi. Gənc adam bir gün yenə keçdi bağçanın qarşısından. Bir aydır yatdığı xəstəxanadan sonunda çıxmış, ilk iş olaraqda güllü bağçanın önünə gəlmişdi. Amma ümid içində gəldiyi bağçanın qarşısında, gülən üzü əsl idi; bağçadakı güllər solmuş, pəncərə quru pərdələrlə sıx bağlanılmışdı. Gənc adam yolda oynayan uşaqlara soruşdu; "Bu evdə kimsə yaşamırmı?" Bir uşaq; "Qoca bir qadın yaşayır." dedi. Gənc adam cavabını eşitməkdən qorxarcasına, başqa bir sual soruşdu; "Burada yaşayan gənc qız nə oldu?" Uşaqlardan biri atıldı; "O öldü." dedi, gənc oğlanın yana düşən qollarını, yaşayaran gözlərini görmədən başqa bir uşaq atıldı; "Vərəm olmuş, dünən öldü.".. İllər sonra idi, kiçik bir uşaq həyacanla anasıyla atasının yanına qaçdı, güllər arasında, yellənən kürsüdə oturan qoca adamı göstərərək qışqırdı; "Babam gülür, babam gülür ata!..".. Qaçaraq qocanın yanına getdilər, gülərkən heç görmədikləri üzünə baxdılar. Əlində bir gül olan qoca adamın yüzünə, həqiqətən bir gülümsəmə yayılmışdı; bitən bir həsrətə sevinirmiş kimi, illərdir görmədiyi birinə qovuşurmuş kimi xoşbəxt bir təbəssüm idi bu. Lakin gözləri bağlı idi.

49 views
 
Yorumlar
Namelum 08.04.2014

))

-FIDAN- -FIDAN- 08.04.2014

:'-( :'-(

Blog
Bloglar 5 dakikada bir güncelleniyor