Yeni il bayramı
27, Baku, Azerbaycan

Yeni ilin yaranma tarixi!

Yeni il qədim bayramlardan biri sayılır. Fərziyyələrə görə, Qədim Misirdə Yeni il Nil çayının daşması zamanı, yəni sentyabrın sonunda qeyd edilirdi. Bayram zamanı misirlilər sitayiş etdikləri bütləri qayığa qoyub Nil çayına buraxırdılar. Qayıq çayda bir müddət üzdükdən sonra bütləri götürüb məbədə qaytarırdılar. Qədim romalılar isə uzun müddət Yeni il bayramını martın əvvəli keçirirdilər. Bayram ərəfəsində ölkə əhalisi evlərini müxtəlif bəzək əşyaları ilə bəzəməklə yanaşı, bir-birinə hədiyyələr verirdilər. Bayram gecəsi isə romalılar şənlənirdi, yaxınlarına xoş arzularını bildirib səhərədək rəqs edirdilər. Bununla kifayətlənməyən romalılar imperatorlarına da bayram sovqatı hazırlayırdılar. Əgər əvvəllər ölkə əhalisi bunu öz istəyi ilə edirdisə, zaman keçdikcə imperatorlar bu ənənəni əhalidən məcburi olaraq tələb etməyə başladılar. Əfsanələrə görə, bir dəfə Yuliy Sezar Yeni il axşamı ona Yeni ili köhnə ildən yaxşı keçirməyi və çox yaşamağı arzuladığına görə quluna azadlıq bəxş etmişdir. Qədim Vavilonda Yeni ili yazda qeyd edirdilər. Bayram ərəfəsində ölkə başçısı bir neçə günlük şəhəri tərk edirdi. Şəhər əhalisi yalnız onun olmadığı günlərdə bayramı istədikləri kimi qeyd edib əylənə bilərdilər. Bir neçə gündən sonra ölkə başçısı və onun yaxınları bayram geyimində qayıtdığı halda, vavilonlular adi həyat tərzinə qayıdırdılar. Qaliya əhalisi (müasir Fransa və İngiltərə əhalisi) Yeni ili oktyabrın sonu qeyd edirdilər. Bayram "Sammers end" (yayın sonu) adlanırdı. Bayram zamanı qaliyalılar evlərini şər qüvvələrdən və ruhlardan təmizləyirdilər. Müxtəlif dini etiqadlara inansalar da, bayram günlərində bir-birilərinə qızıl bəzək əşyaları bağışlayırdilar.

Yolka!

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilədə da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.

Santa Klaus və ya Şaxta baba!

Cəmiyyətimizdə rus dilindən (Дед Мороз) tərcümə edilən Şaxta baba kimi tanınan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Yeni İl Bayramını, qış bayramını körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa- Klausdur. Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan “Yeni il” bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır. Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Bari adasına aparmışdılar. Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten — milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmams – Miladın Atası adlandırılıb. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.

Bayraminizi tebrik edirem!

Yeni ilde qar denecikleri qeder xos gunleriniz,yolka oyuncaqlari kimi rengareng suprizleriniz, ve en esasi ruzi bereketin eskik olmasin.Men diledim qoy melekler amin desin. :)))

4 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor