Oğlanlar və qızlar :)) (Lətifə)
33, Baku, Azerbaycan


Amandanın 18 yaşı olanda onun valideynləri qərara gəldilər ki, ad gününü restoranda qeyd etsinlər.Məclisə 200-dən çox adam gəlmişdi. Amandanın ad gününə gələn yaşlı xanım səhnənin ortasında oynayan qızlara və oğlanlara baxırdı.Yaşlı xanım yanında oturan şəxsə deyir:
-Mən cavan olanda məclis fərqli olardı. Asanlıqla bilmək olardi kim qızdı, kim oğlan. Amma indi çətindi qızları və oğlanları ayırmaq.
Yanında oturan şəxs heçnə demir.Yaşlı xanım davam edir,
-Nə vaxt ki, mən cavan idim oğlanlar şalvar, qızlar isə don geyərdilər.Amma indiki qızlar şalvar geyinirlər.Baxın o qıza oğlan cins şalvarı geyinib.
Yenə yanında oturan şəxs ona heçnə demir.Qadın davam edir,
-Mən cavan olanda qızların uzun, oğlanların isə qısa saçları olardı.Buna görə də kimin qız, kimin oğlan olduğunu asanlıqla demək olardı.İndi qızlar saçları qısa kəsirlər.Baxın bir o qıza, oğlan saç düzümü edib.
Yanındakı şəxs heçnə demir.Yaşlı xanım yanındakı şəxsə sual verir:
-Sizcə o oğlandır, yoxsa qız? Ayırmaq çətindi, elə deyilmi?
Yanında oturan şəxs deyir:
-Yox, çətin deyil.Mən onu asanlıqla ayıra bilirəm, çünki o mənim qızımdır.
Yaşlı xanım pərt olur və deyir:
-Bağışlayın, mən bilmədim siz onun atasısınız.
Yanında oturan şəxs ona deyir:
-Mən onun atası deyiləm, anasıyam.


HAZIRLADI YEVREYKA

8 views
 
Yorumlar
Boss 11.04.2012

:D:D:D

YEVREYKA YEVREYKA 11.04.2012

heeee

Blog
Bloglar 5 dakikada bir güncelleniyor