serhlerinizi unutmayin
37, Əzizbəyov, Azerbaycan

Senin...
4/17/2011 -Kateqoriya: QARISIQ SEIRLER , Şiir



Gəl qardaş aldanma bu dünyaya sən,
Vurulmaz o qara qaşına sənin.
Bir ömür dünyaya ...firon eyləyər,
Bir gündə daş ələr başına sənin.

Dağıtsan yaranar eyni cür yenə,
Göz dikər adicə daşına sənin.
Yansan bir zərrə də su verməz sənə,
Su qatar bişməmiş aşına sənin.

Tutmağı bilənə maşadır dünya,
Bacarsan tac olar başına sənin.
Qartalı 10ca il yaşadır dünya,
Baxmaz hər neçədir yaşına sənin.

Piyada gəzdirər can sağlığında,
Ölünü mindirər maşına sənin.
Sağ ikən əlini uzatmaz amma
Ölsən qucaq açar nâşına sənin.

Kul olsun ay dunya basina senin...


Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : senin seiri,veten seirleri,menali seirler
Bu axsam
9/19/2010 -Kateqoriya: MEMMED ARAZ , Şiir




Ey ilham perisi, varsansa eger,
Bu axşam üstüme qanadını ger!
Qanım bir heraret alsın qanından
Çıxım bu fikir burulğanından.
İsinsin azacıq bu daş duyğular
Olmayım bir evde beşinci divar
Bu axşam o qeder tenhayam, tekem,
Bu axşam, ele bil ,yarılıb sinem
Çapılıb, talanıb mehebbet orda,
Qalmayıb bir tike merhemet orda
Bu axşam sahibi ölen bir tacam,
Kimse istemeyen bir ehtiyacam
Bu axşam fikrimle o qeder acam,
Lap bütün geceni yesem, doymaram
Bu axşam qelbimden gelib keçeni
Bütün ulduzlara desem, doymaram
Bu axşam...özümde yoxam bu axşam...
Bu axşam özümde defn olunmuşam
Bu axşam od yoxdu mehebbetimde,
Bir ünvan, ad yoxdu mehebbetimde
Bir deniz, bir sahil temasını men
Bu axşam qelbimde görmürem, neden?..
İlahi, dünyaya niye gelmişem?..
Hisslerim qelbimde ezilmiş şüşe,
Eşqim ciliklenmiş bir parça kağız
Külekler, haraya aparırsınız -
Aparın, aparın, aparın!
Amma tuş etmiyin hissiz adаma,
Onu qoşa duran, onu iller boyu
Yanaşı duran daşlara verin!
Birge çöp daşıyan, birge yuva quran
Quşlara verin!
Qoy suya-torpağa hopulsun bu qem
Men nece sevildim, nece sevirem?!.
Sevib yaşadığım anlar var idi
Fikrimde o vardı, onlar var idi
bir dağdım, sinemde ad idi onlar
Adice seyahhdı, yad idi onlar
Qelbimi görmeyi bacarmazdılar,
Sineme girmeyi bacarmazdılar,
Sinemde sen adlı vulkanım vardı
Bilmezdik hansımız hansı olardıq
Kim kimin qelbinden qopardı derdi,
Kim kimin qelbinde buz eriderdi.
Sevirdim, dağ idim, sevirdim- vulkan
Bir ovuc kül qaldı, bir daş o dağdan...
Ey İlham perisi, varsansa eger,
Bu axşam üstüme qanadını ger,
Mene mehebbetli bir neğme getir,
Mehebbet imzalı bir neğme getir!

Rəy (1) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : bu axsam seiri,memmed araz seirleri,memmed araz,seirler,sevgi seirleri
Qizlar
9/18/2010 -Kateqoriya: MEMMED ARAZ , Şiir




Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!

Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın küləklər kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!

Siz bir qayıqsınız, tale dənizdir:
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlınızdır, düşüncənizdir,
Taleyin qayığı olmayın, qızlar!
Rəy (1) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : qizlar siiri,qizlara seirler,sevgi seirleri,memmed araz seirleri,memmed araz
Kulekler
9/17/2010 -Kateqoriya: mikayil-musfiq , Şiir




Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər!



Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər!



Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni də alınız, uçayım dağlara,

Könlümdə nə varsa, açayım dağlara!



Gurlayın, ilhamım, sənətim gurlasın!

Fırtınam, qasırğam, qüdrətim gurlasın!

Şimşəyim parlasın, zülmətim gurlasın!

Ey məni sərazad bəsləyən küləklər,

Bir dağın başından səsləyən küləklər!

Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : kulekler seiri,ruzgar siiri,mikayil musfiq seirleri,en gozel sevgi seirleri,seirler
Birde baxsan mene...
9/17/2010 -Kateqoriya: mikayil-musfiq , Şiir




Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.



Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.
Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : bax seiri,sevgi seirleri,mikayil musfiq seirleri,mikayil musviq seirleri,seirler
Sevgiler...
9/13/2010 -Kateqoriya: mikayil-musfiq , Şiir




Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.



Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.



Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.



Sevgi vardır bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

Rəy (3) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : sevgi seirleri,sevgiye aid seirler,sevgi siirleri,sevgiler seiri,mikayil musfiq seirleri
SAIR VE HEYKEL
9/7/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir


Təpədən dırnağa hirs içindəyəm
Dönmüşəm dustağa hirs içindəyəm
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz
Bir çiçək qoxusu, bir quş qoxusu
Daha ürəyimə yol tapa bilməz
Səpdim mən öz yarama mən öz külümü
Adam öz külünə bulunur belə
Dişim parça-parça kəsir dilimi
Şeirim hecaya bölünür belə
Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim
Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın
Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu daşlayan adam
gilası mürəbbə quzunu kabab
Şairi heykəl tək xoşluyan adam
Yox heykəl ummuram bu yer üzündə
Mənim daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin də
yanında durmağa yoxdu həvəsim
Mən sənin yanında dururam
Sənin... küçənin tinində dilənən qarı
Başindan var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı
Heç kəs sığal çəkməz düm ağ saçına
O gümüş telindən öpürəm sənin
Qorxma pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin
Rəy (yok) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : seirler,veten seirleri,veten haqqinda seirler,ramiz rovsen seirleri
Xeyalin goylerden torpaga enib...
9/7/2010 -Kateqoriya: nusret-kesemenli , Şiir




Xeyalin goylerden torpaga enib,
belke de taleyin gulecek senin.
Nifretim bir yazipozana donub,
adini qelbimden silecek senin.

Urekde bir kovrek xatire izi,
axir ki, menzilin sonuna geldik.
Biz duyun salmisdiq taleyimizi,
yaxsi ki, vaxtinda acila bildik.

Yamanca itirdik gunlerimizi,
eh, daha itirmek qorxusu yoxdur.
Kulekler sovurdu gullerimizi,
yolunmus leceyin qoxusu yoxdur.

Geceni gunduze qatib gedirdik,
bu da omrumuze bir yazi imis.
Umid isigini tutub gedirdik,
catanda gorduk ki, qurd gozu imis.

Gunleri incitek salib itirdik,
ne qeder axtardiq tapa bilmedik.
Bir cevre xettini tutub gedirdik,
ha getdik, sonuna cata bilmedik.

Urekde bir kovrek xatire izi,
axir ki, menzilin sonuna geldik.
Biz duyun salmisdiq taleyimizi,
yaxsi ki, vaxtinda acila bildik.

Ayrilib gedirsen… Dolur gozlerin,
sonuncu nidatek qirilir sesin.
Bari bundan bele senin izlerin
menim izlerimle duyun dusmesin…

qemini udmusam her nefesimde

bitib her isteyim her hevesim de

konlumun sizlayan kaman sesinde

son vida qemini caldi ayriliq

Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : xeyal,sevgi seirleri,olum seirleri,olum haqqinda seirler,ayriliq seiri
GALIBA...
9/2/2010 -Kateqoriya: MENIM QELEMIMDEN , Şiir




Soldu galiba bu sefer o ''solmaz dedigimiz cicegimiz''

Doldu galiba bu sefer o ''hep gulecek dedigimiz gozlerimiz''

Sondu galiba bu sefer o ''hep sicak kalacak dedigimiz kullerimiz''

Ayrildi galiba bu sefer o ''hep sikica tutusacak dedigimiz ellerimiz''

Kirdik galiba bu sefer hani vardi ya,''hep beraber atacak dedigimiz kalbimiz''

Bitdi Gercekten bu sefer o ''hic bitmeyecek dedigimiz sevgimiz''!!!
Rəy (3) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ask siirleri,sevgi siirleri,seirler,sevgi seirleri,en guzel ask siirleri
Yene de subheler...
9/2/2010 -Kateqoriya: MENIM QELEMIMDEN , Şiir



Niyə hələ də qəlbim sıxılır?

Ağlımda min fikir gəzir bu gecə,

Ya səndə,ya məndə günah axtarır...

Şübhələr rahatlıq vermir yenədə....



Sanki biri xısın-xısın fısıldayır qulaqlarıma

Diqqət et,inanmaq üçün tezdir hələ!

Gözüm yumulmadan yuxusuz çıxacam sabaha,

Şübhələr rahatlıq vermir yenədə....



Beynim dumanlanır yata bilmirəm,

Offf düşünmək çarə deyil dərdimə...

Neynek çətin olsa da dözməliyəm bilirəm...

Şübhələrimlə birgə yuxulayacam yenədə..........

Rəy (1) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : suphe seiri,seirler,sevgi seirleri,menali seirler,serler
Gorurdum bugunu...
8/28/2010 -Kateqoriya: nusret-kesemenli , Şiir




Bu da sonuncu gün. Sonuncu vida ,
Bu da ayrılığın sonuncu tini .
Quzum, hər görüşün son ucu vida ,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...
Yolun uğurlu olsun deyirəm sənə ;
Qarşında ömür gün sınağı durur .
Nə deyim , bəlkə də yolunda yenə
Mənim tək bir sevda qonağı durur .
Gedirsən ,
Bu günü saxla yadında
Yaddaşın mən verən dərsi pozmasın .
Sən elə alış ki , sənin odunda
Ötəri qonaqlar qoy qızınmasın .
Qarşımda nə çəpər, nə də ki barı ...
Mənim də ömrümə beləcə gəldin .
Qəlbində bir çınqı od saxla barı
Bəlkə bir çırağı yandıra bildin .
Əyil !...
Məhəbbətin önündə əyil ,
Bəlkə bu dünyadan qopara səni .
Taleyin estafet ağacı deyil
Hərə bir mənzilə apara səni ...
Bir gün də sərbəstlik taxtı devrilib ,
Ömrünə gəlinlik illəri gələr .
Dünənin bir namərd dosta çevrilib
Sabah kəndirini doğraya bilər .
Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın sonuncu tini .
Quzum, hər görüşün son ucu vida,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...



Rəy (1) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : seirler,sevgi seirler,ask siirleri,menali seirleri,nusret kesemenli seirleri
Bura qədərmiş
8/4/2010 -Kateqoriya: nusret-kesemenli , Şiir




Bu dünyada əbədilik nə var ki,
Ömür kimi hər şey gəldi-gedərmiş,
Nə sevginin günahı var nə bizim
Bu sevginin ömrü bura qədərmiş.

Məcnun ahı,Leylinin göz yaşları
Nə biləydik əfsanəymiş,hədərmiş
Qəm eyləmə hər yolun bir sonu var
Bu sevginin ömrü bura qədərmiş

Gülə-gülə başlamışdıq bu eşqi
Axırında göz yaşıymış kədərmiş
Məhəbbətin payız fəsli var imiş
Bu sevginin ömrü bura qədərmiş

Ayrılırıq xatirələr içində,
Bu ayrılıq ölümdən də betərmiş
Təsəllimiz bu olacaq sevgilim,
Bu sevginin ömrü bura qədərmiş
Rəy (1) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : nusret kesemenli seirleri,ayriliq seirleri,sevgi seirleri,qemli seirler
Horumcek tor bagladi!
6/29/2010 -Kateqoriya: bextiyar-vahabzade , Şiir


Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldıq
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsənən,
Vəzifə kürsüsünün
Birinci pilləsində bu mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən,
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.

Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.

Həqiqət dilə gəldi,
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, barışdıq
Biz "azadlıq" adlanın bir uydurma nağılla.
Ölən düşüncələrlə qəlbimiz yas saxladı,
Həqiqəti deməkdən elə qorxduq
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.

10 oktyabr, 1968.

Rəy (2) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : bextiyar vahabzade seirleri,bextiyar vahabzade serleri,sevgi serleri,ask siirleri,ictimai seirler
Sevende sevirik bir an icinde...
6/24/2010 -Kateqoriya: bextiyar-vahabzade , Şiir


Sevende sevirik bir an icinde

Unutmaq ne qeder cetin olurmus

Elə sandın unuda bilmərəm səni?!

Unutdum telimdə gəzən əllərini.

Unutdum üzümdəki nəfəsini.

Unutdum, unutdum, unutdum səni...

elə bildin qəlbimdən ata bilmərəm səni?!

Kəsib atdım... uf.. qəlbimdən bir parça tikə kimi..

Gecədə bəxş etdiyin pıçıltılı xoş sözlərini..

Onunla birgə unutdum, unutdum səni.

Unutdum bir zaman sevdiyim qara gözləri.

Unutdum sənli olan gecələri..

Baxışınla, sevginlə hər şeyinlə

Həmişəlik, unutdum, unutdum səni!...
Rəy (7) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : bextiyar vahabzade seirleri,sevgi seirleri,sevgi serleri,bextiyar vahabzade serleri,unutmaga aid seirler
Yadındadır???
6/11/2010 -Kateqoriya: MENIM QELEMIMDEN , Şiir




Yadındadır,mənə daş qəlbli deyirdin

O daş qəlbimdən əsər qalmayıb indi

Bir sözünle o daşı parça-parça etdin

Amma sənin qəlbin daşlaşıb indi



Yadındadır,mənə sən ağlamazsan deyirdin

Artıq gözümün yaşsız vaxtı yoxdur inanki

O gedişinlə qəlbimi viran qoyub getdin

Amma sənin üçün başqa ağlayan gözlər var indi



Yadındadır,mənə sən inadçısan deyirdin

Deyil inadlaşacaq,danışacaq gücüm qalmayıb sanki

Başqasını sevdiyin gün məni kəfənsiz dəfn etdin

Amma bu gücsüz halımla da inadlaşırsan indi



Yadımdadır,mən qürurluyam deyirdim

Yadımdadır,mən alçalmaram deyirdim

Neyniyek?!Yaşamadan danışmamalıyıqmış deməli

Tebrikler!!!Sevgin mənə qalib gəldi...
 

83 views
 
Yorumlar
jale--85 09.05.2011

bu werlerin hamisini oxuyanda qariwiq zovqlu adam canlanir goz onunde.mehz hansi movzuya toxunmaq istediyin anlawilmir

kisi-olun kisi-olun 06.06.2011

:) ola biler

Blog
Bloglar 5 dakikada bir güncelleniyor