27.04.2011
insan kimdir?
37, Əzizbəyov, Azerbaycan

NSAN canlı bir orqanizim belkə də ayrı bir aləm,ayrı bir dünya,insan bəşəriyyətdə çox acılar çəkdi, çox günahlar işlədi,bəlkə də yaşayan canlılar arasında ən ağıllı,ən xoşbəxt görünən cahil,ən bədbəxt canlıdır İNSAN. Niyə? İnsana acıları çəkdirən kimdər?Çox təəssüf ki,elə İNSAN.Yer üzünü saflıqla,gözəlliklə, sevgi ilə, meribanlıqla,xoşbəxtliklə bəzəmək yerinə nifrətlə,kinlə,yalanla,paxıllıqla bəzədi İNSAN.
Həyatla müharibəyə qalxdı insan, həyatın verdikləri ilə kifayətləmədi, daha çox istədi,gözü doymadı,həyat hər kəsə haqq etdiyini verir.Haqq etdiyindən çox şey istəmə həyatdan ,haqq etdiyini onsuz da aldın artıq,aldığın,qopardığın isə kiminsə haqqıdır,amma bunu da bilə-bilə elədi İNSAN ve başqalarının bədbəxtliyinin təməlini qoydu.
Həyat İNSANA EŞQ verdi ,SEVGİ verdi.İNSAN onu qorumaq yerinə öz çirkin əməlləri ilə bəzədi,amma vaxt gəlir ki, möhtac qalır insan sevgiyə, məhəbbətə ve hər şeyi yenidən,başdan istər, amma heç vaxt anlamadı ki,saniyələr,dəqiqələrlə hökm etmək olmur,zaman axıb gedir,onu saxlamaq isə sənlik deyil. Ey bəşəriyyətin gəlmiş-keçmiş ən ağıllı İNSANI.İnsan gələcəyini görməz,amma dönüb geriyə baxdıqda kecmişini görər,sındırdığı qəlbləri,elədiyi günahları, yaşatdığı acıları.İnsan nə zaman dönüb keçmişinə baxar? Yalnız qaldığı zaman.Keçmişi göz önündən bir film kimi keçər ve insan bütün itirdiklərini geri istəyər həyatdan, amma mümkünsüz ,axıb gedən heyatı heç kimsə geri qaytara bilmir ve həyat onun üçün məzara çevrilir.Bunca zaman kor kimi yaşadı gözlərinin açıldığı vaxt isə çox gec olur.Yanindakı sevdikləri ,əzizləri,dostları deyil ƏZRAYIL olur.......
 

12 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor