10.07.2011
Qorxu
37, Əzizbəyov, Azerbaycan

Heç kəsdən bu qədər utanmamışdım

bu gün səndən utandığım kimi…

Sən gözümün içinə baxa-baxa yalan söyləyəndə

Çəkdim gözümü üzündən,

Utandım gözündən…

İnanmadığımı anlarsan deyə gözümdən

Zillədim onları çayıma…

Qoydum özümü axmaqlığa ki,

əmin olasan inandığıma.

Qorxdum, inamadığımı bilsən,

Xəcalət çəkərsən,

Dözmərəm, məni aldadarkən belə sınmağına…

Özümdən utandım,

çayımın içindəki üzümdən utandım.

Heç kəsdən bu qədər utanmamışdım…
 

2 views
 
Yorumlar
jale--85 12.07.2011

nece de gozel deyilib.muellifi kimdir?

Blog
Bloglar 5 dakikada bir güncelleniyor