Axşam Bayatıları
37, Əzizbəyov, Azerbaycan


Nə oxuyur bu axşam?
Ömür əriyən ağ şam,
Bu bir gilə ömrümdə
Beş ömür yaşamışam.
Quruyla yanmış yaşam,
Çətin bir də alışam,
Aramızda ölüm var,
Sən gözsən, mən də qaşam.

Dünya, çətin barışam,
Odlamısan, baxmışam,
Od da səbrimdən bezib,
Mən nə zülüm dağmışam.
Gölə atılmış daşam,
Nə elit, nə bozbaşam,
Niyə hər şey əyridi?
Nə koram, nə də çaşam?!


***

Məndən uzaqlara qaçmaq istəsən,
Əzabdan qurtulub uçmaq istəsən.
Əllərim çatmayan yerlərə getsən,
Dənizlər adlayıb, ölkələr keçsən.
Sən elə bilmə ki, bilmərəm bunu -
Gözlərin yol azıb qatar yuxumu…

Bakıdan yanına uzanar əlim,
Bir özgə əlində donar əllərin…
Gözlərin gözümü görüb, diksinər…
Özgə gözlərinə tərif deyəmməz,
Sözlərin quruyar dodaqlarında,
Yenə dilin çönüb məndən danışar,
Yenə ağlın çaşar, beynin qarışar,
Qorxuya düşərsən məhəbbətimdən…
Sən bunu bənzətmə, gülüm, heç nəyə,
Bu mənim eşqimdi, bu mənəm deyə,
Bu sevgi uzaqdı, vallah ölümdən…

***

Bu qədər yaxşı olmağın harası yaxşıdı, axı?!
Nəhəng bir dəlisən sən… Çıx get!!!
Bapbalaca,
ağıllı adamlarımla daha xoşbəxtəm mən.
Səndən sonra heç kəslə dil tapa bilmirəm,
başa düşürsən?!
Hər kəsə nifrət eləyə bilərəm…
Bu qədər yaxşı olmağın harası yaxşıdı, axı?!
 

2 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor