Qiz ushagi nemetdir!!!
37, Əzizbəyov, Azerbaycan

Qız uşağı olunca kədərlənmək, hələ hələ ananı günahlandırmaq çox yalnışdır.
Qurani Kərimdə bu cür buyurulur, Allah dilədiyinə qız, dilədiyinə oğlan bəxş edər. Kiminə həm oğlan, həm də qız uşağı verər, dilədiyini də sonsuz qoyar. Hər şeyi haqqı ilə bilən və hər şeyə gücü çatan ancaq Allahdır buyuruldu. (Şura 49, 50)

Peyğəmbər əfəndimiz, Qız uşaqlarını xor görməyin buyurdu. Xor görmək dini bilməməkdən irəli gələr. Xeyirli övlad istəməlidir. Xeyirli olmadıqdan sonra, qız və ya oğlan olmuş nə fərq edər?

Dinimizdə, qadının və qız uşaqlarının fəziləti böyükdür. Hədisi şəriflərdə buyuruldu ki:
Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Paltarları gözəl olsun! Etibar qazanmaları üçün ən gözəl hədiyyələrlə lütfkarlıqda bulunun! [Hakim]

Qız uşağını gözəlcə tərbiyə edib, Allahu təalanın verdiyi nemətlərlə bolluq içində yedirər geydirsə, o qız uşağı onun üçün bir bərəkət olar, Cəhənnəmdən xilas olub asanca Cənnətə girməsinə vəsilə olar. Taberani]

İki qız övladına gözəl rəftar edən, mütləq Cənnətə girər. [İbni Macə]

İki qızı və ya iki bacısı olub da, hayətlarını gözəl təmin edənlərlə Cənnətdə birlikdə olarıq. [Tirmizi]

Bazardan aldıqlarını, oğlanlardan əvvəl qız uşaqlarına verənə Allah təala rəhmətlə nəzər edər. Allahu təala, rəhmətlə nəzər etdiyinə də əzab etməz. [Haraiti]

Bazardan nübar meyvə alıb evinə gətirən, sədəqə savabı alar. Gətirdiyi meyvəni, oğullarından əvvəl qız uşaqlarına versin! Qadınları, qızları sevindirən, Allah qorxusundan ağlayanlar kimi savab qazanar.
Allah qorxusundan ağlayanın bədəni də Cəhənnəmə haram olar. [İbni Adiy]

Üç qızına, ehtiyacdan xilas olana qədər yaxşı baxan, yedirib geydirən, əlbəttə Cənnəti qazanar. [Əbu Davud]

Üç qızın və ya bacısının dolanışıq və ya başqa çətinliklərinə dözəni, Allahu təala Cənnətə qoyar. Eshab-ı kiramdan biri, İki dənə olsa da eynidırmı? deyə sual edincə,
Peyğəmbər əfəndimiz: Bəli, iki dənə olsa da eynidir buyurdu.
Başqa biri, Ya bir dənə olsa? deyə sual etdi.
Cavabında buyurdu ki: Bir dənə də olsa yenə eynidir. [Hakim, Haraiti]

Görüldüyü kimi, qız və qadınlara dəyər verməyənlər, müsəlmanlığı bilməyən kəslərdir.
Müsəlman, dinini yaxşı öyrənib qadına layiq olduğu dəyəri verməlidir!

Hədisi şərifdə buyuruldu ki:
Qadınlara ancaq zadəganlıq və şərəf sahibi kimsə dəyər verər. Onları ancaq pis və alçaq kəslər xor görər. [I. Asakir]

52 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor