20.05.2011
Mentiq
32, Sumgayit, Azerbaycan

1. Səbətdəki 5 almanı 5 uşaq arasında elə paylaşdırın ki, almanın biri səbətdə qalsın.
2. Canavar nə vaxtadək meşəyə qaçır?
3. Avtobus Maştağaya yaxınlaşanda yol iki yerə ayrılır: biri Buzovnaya, o biri isə Maştağaya. Yol ayrıcında iki oğlan dayanır. Onlardan biri həmişə doğru, digəri yalan danışır. Avtobus sürücüsü oğlanlardan necə soruşsun ki, Buzovnaya gedən yolu bilsin?
4. Üç almanı iki ata və iki oğul arasında parçalamadan bölüşdürə bilərsiniz?
5. Azərbaycan şahmatçısı Teymur Rəcəbov və rus şahmatçısı Anatoli Karpov çempionatda 5 matç keçirdilər və hər biri 5 qələbə qazandı. Bu necə ola bilər?

1 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor