Yayım Tarixi: 27.08.2012 12:34
İslam
Hadisəyə ilk reaksiya isə İsveçdən gəli
İslamazeri.az İnternet Qəzetinin "PressTV"-yə istinadən verdiyi
xəbərə görə, Səudiyyə Ərəbistanının müqəddəs Mədinə şəhərində Məscid Əl
Nəbəvi(Peyğəmbər məscidi)-nin həyətində bir neçə mədinəli şiə qadın həbs
edilib.
Hadisəyə səbəb isə Mədinə şəhərindən olan seyyidə xanımların
Səudiyyə Ərəbistanının rəsmi əqidəsi olan Sələfiliyə uyğun deyil, öz
ənənəvi əqidələri olan Şiəliyə xas şəkildə ibadət ayinini yerinə
yetirmələri olub.
İslamazeri.az İnternet qəzetinin ərəbdilli
"Saarnews" saytına istinadən verdiyi xəbərə görə isə, qadınlar On dörd
məsum(ə) ziyarətnaməsini oxuduqlarına görə həbs ediliblər.
Belə ki,
xanımlar məsciddə Hz. Muhəmməd peyğəmbər(s) və Onun Əhl-i Beyti(ə)-nin
ziyarətnaməsini oxuduqları zaman Səud monarxiyasının gözətçiləri onlara
mane olub və əllərindəki ziyarətnamə kitablarını təhvil vermələrini
tələb ediblər. Xanımlar isə buna etiraz edib. Onlar ziyarətnaməni asta
səslə oxuduqlarını və öz ibadətlərini heç kimə mane olmadan yerinə
yetirmək hüquqlarının olduğunu bildiriblər.
Nəticədə gözətçilər
qadınları həbs edib və kitablarını isə Səudiyyə Ərəbistanının rəsmi
əqidəsi olan Sələfiliyə(Vəhabiliyə) uyğun olmadığı üçün müsadirə
ediblər.
Hadisəyə ilk reaksiya isə İsveçdən gəlib. İsveç İnsan
Hüquqları Müdafiə naziri Karin Enstrom sərt tənqidi münasibətində
Səudiyyə Ərəbistanını avtoritar rejim və fedal monarxiya krallığı kimi
təsvir edərək, bu məsələni vicdan azadlığının kobud şəkildə puzuntusu
kimi qiymətləndirib.
O, həmçinin qeyd edib ki, "Səudiyyə
Ərəbistanında 2011-ci ilin fevral ayından bəri intensiv xarakter alan və
əsasən Şərqiiyyə, Qatif, Əvamiyyə və Hicaz əyalətlərində keçirilən
nümayişlərə qarşı sərt addımlar, özünüifadə azadlığının amansız şəkildə
boğulması və dustaqların orta əsrlərdəki kimi mühakimə edilməsini muasir
dövrdə bəşəriyyət üçün utanc doğurur və buna tezliklə son
qoyulmalıdır."
islamazeri.az
ehsen isvece