"Harda görülüb ki, dəfn mərasiminə gələnlərə atəş açılsın?"
49, Moscow, Rusya

Bugün: 29.08.2012, 11 Şəvval 1433
Yayım Tarixi: 27.08.2012 13:20
Dünya
haber
“Bəhreyn xalqının qanı ərəb şeyxlərinin yaynında qoyunun qanından da ucuzdur”

İslamazeri.az-ın Şəfəq xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Bəhreynin dini lideri Ayətullah Şeyx İsa Qasim xütbəsi zamanı hökuməti və Səudiyyə şeyxlərini sərt tənqid edib.

Ayətullah İsa Qasim çıxışı zamanı bildirib ki, Bəhreyndə xalqın dinc nümayişlərinə qarşı Ali-Xəlifə və Ali-Səud qüvvələrinin zor tətbiq etməsi və minlərlə insanın qanının axıdılması bəşəri dəyərlərə ziddir. “Bəhreyn xalqının qanı ərəb şeyxlərinin yanında qoyunun qanından da ucuzdur” deyə xitab edən Ayətullah İsa Qasim xalqa qarşı edilən zülmün bütün müsəlmanlara qarşı yönəldiyini bəyan edib.

“Bəhreyn şəhidləri öz azadlığı və insani hüquqlarını dinc yolla tələb etdikləri üçün öldürüldülər. Hətta bəziləri öz evlərində, bir qismi də zindanlarda şəhadətə yetirildi. Hansı dində, hansı qanunda belə bir şey var? Harda görülüb ki, müsəlmana dəstək nümayişi (Qüds günü nəzərdə tutulur) etdiyinə görə insanlar öldürülsün? Harda görülüb ki, dəfn mərasiminə gələnlərə atəş açılsın? Axı bu qədər zülmün qarşında niyə özlərinə “demokrat” deyənlər, “insan haqqlarının müdafiəçisi” olduqların söyləyənlər səslərini belə çıxarmır?” deyə Şeyx İsa Qasim çıxışında bildirib.

Ayətullah İsa Qasim sözünün sonunda Bəhreyn xalqının azadlıq uğrunda inqilabından geri çəkilməyəcəyini və zülmün kökünü kəsənə qədər mübarizə aparacağını bildirib: “İnsan o zaman Allahın bəndəsi ola bilər ki, zülmün qarşında müqavimət göstərsin. İmam Hüseyn (ə) məktəbi də bizə məhz bunu aşılayır.”
islamazeri.az

3 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor