Vəhhabilər Afrikanın ən böyük ziyarətgahını da dağıtdılar (Foto)
49, Moscow, Rusya

Bugün: 29.08.2012, 11 Şəvval 1433
Yayım Tarixi: 28.08.2012 15:32
İslam
haber
Vəhabilər, müqəddəs məkanı qorumağa çalışan 30 şiəni qətləə yetirib, daha 212 nəfərə isə ağır dərəcəli bədən xəsarəti yetiriliblər

Liviyada vəhabilər 26 avqust 2012 tarixində növbəti cinayətə əl ataraq Mədinə şəhərindəki Bəqi qəbiristanlığının dağıdılmasının ildönümündə İmam Həsənin (ə) nəvələrindən olan AbdulSalam əl-Əsmərin ziyarətgahını viran ediblər.
İslam dünyasının ən dəyərli ziyarətgahlarına, maddi-mədəni irsinə qarşı "bidət" adı altında vəhşilik törədən vəhabilər, müqəddəs məkanı qorumağa çalışan 30 şiəni qətlə yetiriblər. Daha 212 nəfərə isə ağır dərəcəli bədən xəsarəti yetirilib.

Xatırladaq ki, Abdulsalam əl-Əsmər, 800 il bundan qabaq Şimali Afrikaya köç etmişdir. O, vəfat etdikdən sonra mübarək qəbri bütün müsəlmanların ziyarətgahına çevrilmişdir.
Afrika qitəsindəki ən böyük ziyarətgah hesab olunan Abdulsalam əl-Əsmərin məzarı Liviyanın paytaxdı Tripolidən 160 km kənarda Zilitan şəhərində yerləşir.
Dünən sələfilər ziyarətgahı viran etdikdən sonra, Rəsulallah(s) nəslindən olan o böyük şəxsiyyətin cəsədini qəbirdən çıxararaq hörmətsizlik ediblər.

Bundan başqa paytaxt Tripoli və ətraf ərazilərdə mövcud olan onlarla pirlər də dağıdılaraq qəbirlər açılıb, cəsədlər çıxarılıb və boş qəbirlər torpaqla doldurulduqdan sonra, müqəddəs şəxslərin cəsədlərinin qalıqları zibilliyə atılıb.

Qeyd edək ki, vəhabilər Liviyanın ən mühüm mədəni irslərindən hesab olunan, ölkənin ən böyük kitabxanası sayılan, AbdulSalam əl-Əsmərin ziyarətgahının kənarında yerləşən qədim kitabxananı da viran etmiş və orada olan çoxəsrlik əlyazmaları, tarixi əsərləri, müxtəlif sənədləri, kitabələri məhv ediblər.

/ABNA/






islamazeri.az




Məlumatdan istifadə etdikdə istinad vacibdir!





Şərh et yorum


ŞƏRHLƏR





Xegani
28.08.2012 18:55

Dehshet
YAREBB HEGIGETENDE DEHSHETDIR COXLARINA BELKEDE ADI HAL KIMI GORUNUR BELE WEHSHILIK OLMAZ LENETE GELMISHLER HANSI MESHEBE GULLUG EDIRLER XAHISH EDIREM YAZUN DEGIG BIZDE BILEK BU wehhabiler KIMDI HARDAN GELIBLER FIKIRLERI NEDIR ?



Sadiq
28.08.2012 18:29

Salam
Elbrus qardash Allah isteyine seni çatdırsın. Amma devlet memurları güya bilmirler ne ekibler? Azerbaycanda nece dene sektaların faaliyetine qadaqa qoyulub. Bes göresen bunlara o qadaqa niye tetbiq olunmur?! Halbuki bunlarin cinayet terkibli ideologiyalari hamiya melumdur. Ortada coxlu suallar cavabsiz qalib. Odur ki, Peyqemberin (s) buyurduqu kimi, momin durandan da ayiq olmalıdır!



Elbrus
28.08.2012 17:42


Allahın lənəti olsun bu şərəfsiz, ləyaqətsiz, pula satılmış muzdurlara! Gələcəkdə belə hadisələrin vətənimizdə baş verməməsi, vəhhabi fitnəsinə son qoyulması üçün şiə və sünni icmaları birləşməli, fərdi və kollektiv mübarizə genişlənməlidir! Xüsusilə dövlət strukturları bu sahədəki koordinasiyanı gücləndirməlidir. Bütün inanclı insanlarımız vəhhabizmin pozucu, mənfur, puç ideologiyasına qarşı dövlət hüquq- mühafizə, kəşfiyyat və təhlükəsilik orqanları ilə əməkdaşlıqdan çəkinməməldirlər!


2 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor