Ayətullah Sistani: “Şiə və sünnüləri fərqləndirmirik”
49, Moscow, Rusya

Yayım Tarixi: 17.08.2012 13:28


haber
Böyük islam alimi İraqda bütün insanların məzhəbindən aslılı olmayaraq bərabər olduğunu vurğulayıb

İslamazeri.az-ın Şəfəq Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, İraqda keçirilən “Şiələrin və Sünnülərin birinci forumu”nda Ayətullah Sistanin çıxışı forum iştirakçılarına oxunub. Çıxışın məzmununu sizə təqdim edirik:

"Mənim hər kəsi sevdiyim müqəddəs Nəcəfdə hamı bərabərdir və din qardaşıdır. Mən düşmənlərin İslamı necə müxtəlif quruplara böldüyünü görəndə sarsılıram. Bu cür konfransların təşkil edilməsi vacibdir və məhsuldardır. Şiə və sünni arasındakı fərqlər yalnız fiqhi məsələlərdir. Bunu düçmənçilik kimi təqdim edənlər yanılırlar. Bu gün İslam ümməti birləşib sosial və siyasi hüquqlarını müdafiə etməlidir. Bizim çağırışımız birlik üçündür və mən hər zaman demişəm, bu gün də deyirəm ki, sünnü və şiə qardaşdır. Mən çox vaxt cümə xütbələrində sünniyə də, şiəyə də qulaq asıram. Biz ərəbləri və kürdləri fərqləndirmirik, İslam bizi birləşdirir.”
islamazeri.az

20 views
 
Yorumlar
elxan20-23 26.08.2012

ELA EHSEN

Blog
Bloglar 5 dakikada bir güncelleniyor