Bu gün dünya gündəmi Suriya olayları
və bu ölkədə baş verənlərdir. Hər şeydən öncə bu ölkədə baş alıb gedən
cinayətkar əməllər, qətliamlar ədalətsevər insanları düşündürməyə vadar
edir. Bu gün İsrailin düşməni, regionda bu rejimə qarşı müqavimət
hərəkatını dəstəkləyən Suriya hakimiyyəti yalnız öz tutduğu mövqeyinə
görə cəzalandırılmaqdadır. Suriyada ABŞ və müttəfiqlərinin demokratiya
axtardığı barədə açıqlama verənlər, ya savadsız-nadanlardır, yaxud da
ABŞ-sionist mərkəzlərdən qidalanan media və şəxslərdir. Əks halda, hamı
çox gözəl bilir ki, diktator və qəddar olan Ərəbistan və Qətər rejimləri
ilə birgə Suriyada demokratiya axtarışına çıxmaq özünü gülünc
vəziyyətinə salmaq deməkdir.
Daha gülməlisi odur ki, Amerika güya
əl-Qaidənin Suriyaya ayaq açmasınadn narahat olub! Bəllidir ki, ABŞ elə
belə də danışmalıdır. Axı bu terrorçu qruplaşmanı yaradan ABŞ, onun bu
ölkəyə bağlı olmamasını sübut etmək üçün başqa cür danışa da bilməzdi.
Güya ABŞ minlərlə əl-qaidəniçinin Suriyanın qonşu sərhədlərindən nizamlı
şəkildə Suriyaya göndərilməsindən xəbərsizdirmi? Təbii ki, yox. Suriya
məsələsi loru dildə desək, çoxlarının “maskası”nı cırdı, indiyə kimi
İsrailin mənafeyinə zidd bir addım belə atmayan əl-Qaidəni kimliyini
ortaya qoydu. Bu gün əl-Qaidə ALLAH adına, amma İsrail və ABŞ eşqinə
Suriya əhalisini vəhşicəsinə qətliam etməkdədir. Başları MKİ-yə bağlı
olan bu təşkilat, nadan və anlamaz müsəlman cavanlarını aldadaraq
“Allahu Əkbər” şüarı ilə İsrail və ABŞ yolunda döyüşdürüb, fəda edirlər.
İsrail və ABŞ belə “Allahu Əkbər” deyənlərin dodaqlarından da öpməyə
hazırdır. Çünki onlar Allah adına, ABŞ eşqinə döyüşən “mücahidlərdir”.
Amma iş bununla bitmir. 10 il öncə İslam adı ilə Türkiyədə hakimyyətə
gələn Ərdoğan və onun ətrafının kimliyi də Suriya olaylarından sonra
bəlli oldu. Bir neçə gün öncə, baş nazir Ərdoğanın 2003-2007-ci illərdə
müavini olmuş Abdullatif Şener hazırkı hakimiyyətin əsil mahiyyətini
ortaya qoydu. O, açıq-aşkar bildirdi ki, Ərdoğan “Böyük İsrail”
ssenarisinə qoşulub. O, MOSSAD və İsraillə birgə iş aparmaqdadır. Bəli,
Ərdoğan və onun hakimiyyəti ABŞ, İsrail və regionun bəzi diktatorları
ilə əlbir olub “Böyük İsrail” palnını gerçəkləşdirmək istiqamətində səy
göstərir. Artıq Türkiyə xalqı, müxalifəti və hətta AK Partiyadan olan
bəzi simalar da bunu etiraf edərək, Ərdoğanın yürütdüyü səhv siyasətə
qarşı çıxmaqdadırlar. Bizə isə gözləmək qalır, görək uduzanlar kimlər
olacaq. /Əziz Sahiboğlu - Faktxeber.com/
Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!