ABŞ etirafı: İranın mini sualtı qayıqları çox qorxuludur
49, Moscow, Rusya


Tehran Radiosu - ABŞ hərbi dəniz donanması keçmiş sovetin və indiki Rusiyanın sualtı qayıqlarını rahat izləyə bilir. Amma İrana gəldikdə bu bir az çətindir.

İranın kiçik sualtı qayıqları Fars körfəzində Amerika ordusu üçün əməlli-başlı əngəl yarada bilər. Bu haqda Amerikanın 5-ci hərbi donanmasının hava qüvvələrinə 2008-2009-cu illərdə rəhbərlik etmiş Kristofer Xarmer məlumat verib.

Onun sözlərinə görə "mini sualtı qayıqlar çox problemli bir məsələdir. Çünki həcminə görə iranlılar onları Fars körfəzinin və Ərəbistan yarımadasının istənilən yerlərinə göndərə bilərlər və onları izləmək qarşı tərəf üçün çətindir. Çünki onlar dənizin dərinliyinə gedərək bir müddət orada gözləmə anında durmaq imkanlarına malikdirlər.

ABŞ hərbi dəniz donanması keçmiş sovetin və indiki Rusiyanın sualtı qayıqlarını rahat izləyə bilir. Amma İrana gəldikdə bu bir az çətindir. Dayaz sularda onları izləmək adi iş deyil. O qayıqların səsləri az gəlir və akustikasıda qeyri-adidir.

İran hər il 4 ədəd bu cür sualtı qayığı sulara buraxır. İran belə olan halda tez bir zamanda Hormuz boğazını bağlamaq imkanı əldə edir. Hətta İranın sualtı qayıqları desantlarla da təmin olunur və onlar istədikləri zaman istədikləri yerə minalar qoya bilərlər./İslamtimes.org/

2 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor