Qətər Suriyadakı iğtişaşçılara 1 milyonluq mükafat vəd edib
49, Moscow, Rusya


(Səhər TV)—Qətər Suriyada iğtişaşçı silahlı qüvvələrə vəd edib ki, rəsmi Dəməşqə qarşı öz təxribatçı əməliyyatlarını gücləndirdikləri halda hər bir qrupa 1 milyon dollar mükafat verəcək.

Cəhinə xəbər portalı ötən gün bildirib ki, Qətərin baş naziri Şeyx Həməd Bin Casim Ali Sani Suriyada fəal silahlı qrupların komandanları ilə görüşdə onları Suriya hökumətinə qarşı təxribatçılıq fəaliyyətlərində daha artıq təşviq etmək üçün onlara mükafat vədi verib.

Cəhinə xəbər portalı məlumatın davamında yazır ki, silahlı qrupların komandanlarından əlavə Səmir Cəcə və Səudiyyə Ərəbistanı rejiminin təhlükəsizlik rəsmiləri, eləcə də Türkiyə, ABŞ və Fransanın nümayəndələrinin də iştirak etdiyi bu görüşdə Həməd bildirib ki, Qətər Suriyada hər bir təxribatçı hərəkət qarşısında 7 nəfərlik hər bir qrupla 1 milyon dollar verir.

Qətərin baş naziri habelə silahlı ünsürlərdən hər biri üçün nağd mükafatlar da nəzərdə tutub. Belə ki, aylıq formada onların Ərəbistan, Qətər və Türkiyədəki bank hesablarına ödəniləcək. Əlbəttə bu şərtlə ki, bu qrupların silahlı əməliyyatı uğurlu olsun və daha çox şəxs hadisədə həlak olsun.

Cəhinə-News qeyd edir ki, bu görüş Suriyadakı son partlayışlardan öncə və Həməd Bin Casimin Türkiyəyə gizli səfərindən sonra baş tutub. Görüşdə iştirak edən Amerika nümayəndələrindən biri Həməd Bin Casimdən istəyib ki, silahlı şəxslərin maliyyə dəstəyini daha da artırsın.

Bu xəbər portalı bildirib: Suriyada silahlı ünsürlər 3 əməliyyat otağı Türkiyə sərhədi, Səmir Cəcə və Doha ilə əlaqədədir və bu arada Doha əməliyyat otağı daha geniş və modern təchizata malikdir. Amerika, Fransa və sionist rejim təhlükəsizlik zabitləri Qətər ordusu baş qərargah rəisi və bu ölkənin təhlükəsizlik xidmətinin rəhbərinin iştirakı ilə bu əməliyyat otağına nəzarət edirlər.

Ötən gün Suriya xalqı Dəməşqdə keçirilən geniş aksiyada Suriyanın təhlükəsizliyi və stabilliyini məhv etməyi qarşısına məqsəd qoyan bu ölkə düşmənlərinin fitnələri ilə mübarizə üçün milli vəhdətin qorunmasına aid şüarlar səsləndirib.

Aksiyaçılar Bəşşar Əsədin rəhbərliyi ilə islahat gedişini dəstəklədiklərini bildirib və Suriyanın daxili məsələlərində xarici müdaxilələrə qarşı olduqlarını qeyd ediblər.B-6

5 views
 
Yorumlar
Kenshido 25.03.2012

Salam.Esl Muaviye (lenetetullah) in siyaseti yadima dushdu.pulnan satin almaq cahil insanlari aldatmaq hiyle vezife vedleri hamisini indiki dovrdede goruruk.

Blog
Bloglar 5 dakikada bir güncelleniyor