Suriyada İsrailə aid silah yükü aşkar edilib
49, Moscow, Rusya

Səhər.TV—Suriya hökuməti ölkədə sionist rejimə aid bir silah yükünün aşkar edildiyini bildirib.Suriyanın SANA Xəbər Agentliyinin məlumatına görə, bu ölkə hökuməti bildirib: İsraildə istehsal edilmiş silah və hərbi sursatdan ibarət olan bu silah yükünü Homs şəhərinin yaxınlığında beynəlxalq magistral yolda hərəkət edən bir yük maşınında aşkar edilib. Daxil olan bu məlumata görə bu yük maşınında 4 ədəd RPC , 4 ədəd minaatan , 3 ədəd tank əleyhinə raket və külli miqdarda müxtəlif növlü silah yerləşdirilmişdi.

Daxil olan digər bir məlumata görə Suriyanın silahlı qüvvələri Nobel , Kəfər və Həzazin məntəqələrində terrorçu ünsürlərdən bir qrupunu öldürüb bir neçə nəfəri də həbs etməyə nail olublar.
Habelə Suriyanın təhlükəsizlik qüvvələri iğtişaşçılar tərəfindən oğurlanan 14-ə yaxın maşını azad ediblər.
Bəzi Qərb və Ərəb ölkələri 2011-ci ildə Suriyada yaşanan əmin-amansızlıqlardan su-istifadə edərək, terrorçuları silahlandırmaqla Bəşşar Əsəd hakimiyyətini devirməyə çalışırlar

1 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor