BESERIYYETE BIR GUN AGLAYA BILSE,ONU YALNIZ BU GUN AGLAYAN SEYYIDLER AGLAYA BILECEK.ALLAHA GEDEN YOL ONLARIN YOLUDUR.QISA VE AGR
49, Moscow, Rusya

Ağlar insan. Ağlar insan, Onda əgər ürək...
Seyyid Ağarəşid Talibov 25 февраля г. 1:34
Ağlar insan.
Ağlar insan,
Onda əgər ürək varsa,
Ağlar insan,
İnsanlığı anlayarsa,
O zaman ki, məzlumların naləsinə naləsini calayarsa,
Batil durub insanları haqqa görə qınayarsa,
Ləyaqətsiz ləyaqətli insanları sınayarsa,
Ağlar insan
Ağlar insan,
Bir yetimin fəryadına qulaq versə,
Bir xəstənin möhtaclığın dərk edərsə,
Bir fəqirin naləsini eşidərsə,
Ağlar insan
Ağlar insan,
Vətənini talan görə,
torpağını düşmənlərin tapdağında viran görə,
Anaları, bacıları gözü yaşlı nalan görə,
Namusunu yaşamaqçın satan görə,
Ağlar insan,
Ağlar insan
Vətənindən iraq düşən qaçqınlara,
Ağlar insan,
Öz evindən , eşiyindən uzaq düşən köçgünlərə,
Deyər mənim əzizlərim , niyə qaldıq bu günlərə?
Ağlar insan,
Ağlar insan
Nadanlığa, cəhalətə,
Məyus olmuş ədalətə,
İzi, tozu bilinməyən sədaqətə,
Millətlərin arasında baş qaldıran ədavətə,
Bir qardaşın qardaşına bəslədiyi küdurətə,
Əldən getmiş , itirilmiş pak ismətə,
Şəhid vermiş, amma daim rəqs eyləyən , mahnı deyən bu millətə
Ağlar insan,
Ağlar insan
Vətənindən uzaqlarda qəribdirsə,
Doğmasını, öz yurdunu özləyirsə,
Zamanın sahibini gözləyirsə,
Bu səbəbdən Seyyidini ağlar görsə,
Ağlar insan,
Ağlar insan.

1 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor