Yayım Tarixi: 30.06.2012 01:15
Din
Belə rəvayət edilir. Həzrət Davudun (ə) dövründə fasiq bir kişi varmış
Günlərin birində bu fasiq kişi yoxsul birinin arvadıyla yaxınlıq
edir. Qadınla əlaqədə olduğu vaxt başqa bir kişinin onun arvadıyla zina
etdiyi gözləri önünə gəlir. Həmin fasiq kişi tez evinə dönür. Arvadının
doğrudan da yad kişi ilə zina etdiyini görür. Kişini cəzalandırmaq üçün
Davudun (ə) yanına aparır.
Allah-təala tərəfindən Davuda (ə) bu
şəxs haqqında vəhy nazil olur: “O şəxsə de ki, nə əkərsən, onu da
biçərsən. Sən başqasının arvadıyla zina etdin, başqa birisi də sənin
arvadınla.”
Hədislərin birində belə nəql olunur: “Əgər bir şəxs
zina etsə, qarşılıqlı əvəzini görər. Arvadı varsa ona, yoxsa,
övladlarına təcavüz edilər. (zina olunar) (“Əl ənvarun-nəmaniyə”, səh.
342.)
Üsuli-kafi kitabında buna oxşar rəvayət nəql olunmuşdur.
Belə bir əhvalat Musa (ə) peyğəmbərin də dövründə baş vermişdir. Sonra
Cəbrayıl (ə) Musa (ə) peyğəmbərə nazil olub ərz edir:
“Onlara de: “Hər kim zina etsə, bir gün onun öz namusu (ana və ya bacısı, qızı) ilə də zina ediləcəkdir.”
islamazeri.az
Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!