Grassın sionist rejimi qəzəbləndirən şeri
49, Moscow, Rusya


(Səhər TV)—Almaniyalı məşhur şair və Nobel ədəbiyyatının 1999-cu ildəki laureatı Günter Grass qərbdə çoxlu reaksiyalar doğuran şerində öz ölkəsi Almaniyanın sionist rejimi dəstəkləməsini pisləyir və bu cinayəti almanların keçmiş cinayətlərinin təkrarı hesab edir.

Günter Grassın şerinin tam mətni belədir

Nə üçün sükut edirəm, bütün bu uzunluqda gözləmədə
Məlum olduğu kimi, müharibə oyunundan

Həyata keçirilib, sonda can qaliblərə,
Biz buyuq ki, daha çox kənarda qalmışıq,
Məsələ, ilk zərbədə iddialı haqdır,
Ki, pambıqlı pəhləvan onu öz qoluna alıb
Və mütəşəkkil hay-küyə çevirib
Ki, İran xalqı guya məhv olmalıdır, çünki qüdrət sahəsində, düzəltməkdədir
Güman və zənn edilən bir atom bombasını

Amma mən bilirəm ki, özümü nə üçün qadağan etmişəm
Başqa bir ölkənin adını dilimə alıram
Ki, əvvəlki illərdən –gizli belə olsun – çoxlu miqdarda atomu ələ keçirib
Hər bir nəzarətdən kənar, çünki onu axtarmaq
Olmur?

Bu həqiqi məsələnin ümumi gözləntisi, ki, mənim də sükutum onun bir hissəsidir
Fikrimcə, yalan incidəndir
Cəza hökmünü nəzərdə tutan lüzum
Madam ki, etinasızlıqda olarsa,
"Samiliyə qarşı" hökm beləcə adiləşir
Və amma indi, çünki mənim diyarım
Xüsusi cinayətləri ilə
Ki, misilsizdir
Hər dəfə yenidən çağırılır
Amma bu dəfə, sırf bazarlıq üzündən, yoxsa
Yağlı dillə keçənlərin əvəzini çıxmaq elan olunur ki,
Daha bir sualtı İsrailə
Təhvil verilir, ki, xüsusiyyəti
Kütləvi qırğın edən başlıqları daşıyır
Və elə bir yerlərə istiqamətlənir
Ki, yalnız bir bombası belə sübut olunmayıb
Və yalnız qorxu və vahimə onların isbat dəlilidir
Və mən deyirəm, deyilməsi lazım olanı.

Və amma nə üçün bu qədər sükut etmişəm?
Çünki bilirdim, əslim
Heç vaxt məhv olmayacaq xəcalətlə birləşib
Ondan məni saxlayırdı, bu tam açıq-aşkar məsələni
İsrailə, ürəyimi bağladığım diyara
Və bağlı qalmaq istədiyim yerə aid etmək istəyirəm
Və nə üçün hələ indi deyirəm?
Qocalmış və son qələmimlə
Ki, İsrailin atom qüdrəti təhlükəyə düşür,
Beynəlxalq sülh ki, öz-özünə sınan və titrəyəndir?
Çünki deyilməlidir
Ki, sabah çox gecdir;
Eləcə də, çünki biz –almanlar o qədər günahkarıq ki,
Cinayətə tədarük görürük
Ki, proqnoz ediləsi deyil və cinayətdə iştirak
Heç bir üzr və adi bəhanə ilə
Silinib getmir

Və etiraf edirəm ki, daha susmayım
Çünki qəribə riyakarlıqdan
Cana gəlmişəm və ümid edirəm
Bir çox insanlar da sükutdan xilas olsunlar
Hiss olunan təhlükə baniləri və amilləri zordan istifadəyə göz yummağa vadar olsunlar
Beləcə ona israr olunsun
Daimi və maneəsiz nəzarətlər
İsrailin nüvə gücünə
Və İranın nüvə obyektlərinə
Bir beynəlxalq qurum tərəfindən
Hər iki ölkənin hökumətləri tərəfindən verilsin

Və yalnız belədir ki,
Bütün insanlar bunda,
Dəliliyini öz işğalı altına almış regionu
Və çiyin-çiyinə düşmənçilikdə bir-birləri ilə yaşayırlar
Sonda bizim əlimizi də tuturlar

84 yaşlı Günter Grass 2012-ci il 5 apreldə bir Almaniya nəşrində dərc olunan bu şeri ilə bu sualı irəli sürür ki, İsrail nüvə cəbbəxanalarına malik olmaqla necə ola bilər ki, İranın nüvə proqramlarına son qoyulmasını istəyir.

Günter Grass deyir ki, "nə demək olar" adlı bu şeri Almaniyanın nüvə başlığını daşıyan sualtı qayıqları İsrailə satmasından sonra deyib. İsrail bu sualtı gəmilərdən İrana hücum üçün istifadə edə bilər.

Günter Grass bildirib ki, uzun illər İsrailin nüvə proqramını tənqid etməkdən çəkinib. Çünki anti-semitizmdə ittiham olmaqdan qorxub.

Günter Grass Zöddöyçe Zaytunq, La Repubblica nəşrlərində yayımlanan bu şerində xatırladıb ki, "Atom silahına malik İsrail dünyada mövcud zəif sülhü təhdid edir.

O habelə İsrailin nüvə qabiliyyətlərinə və İranın nüvə obyektlərinə daim və maneəsiz bir beynəlxalq qurum və təşkilat tərəfindən nəzarət olunmasını istəyib.

4 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor