MƏN AZƏRBAYCANAM
30, Yasamal, Azerbaycan

Mənim adım müsəlman

Terrorist düşüncə dünyam

Mənim adım qara millət

Neftə bulaşmış qullam

Mən isdən evə əliboş gələn atanın intizarı

Mən oğlanların pozduğu qızlarin intihari

Mən şikəst qarabağ əlili polisin altında

Mən rəis neçə çadır var kreslomun altında

Mən üstündə villalar tikilən baş daşları

Mən içkili atadan qorxan uşağın göz yaşları

Mən hər gün basabasda illərlə dayanacaqda

Mən başıboş tələbə deputat oyuncaqlarla

Mən oxunmayan quran mən partladılan məscid

Mən kukla teatri yadaki milli məclis

Məni azad edin bədəndə ruhuma zindanam

Məni azad edin özümə qar.ı son üsyanam

Mən qanı yerdə şəhid mən çoxdan ölmüş canam

Mən Azrbaycanam, mn Azərbaycanam

0 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor