Dəyişdin [şeir]
37, Baku, Azerbaycan

Alıb ürəyimi verdin yadlara,
Sən məni bir başqa yara dəyişdin.
Yalanlar deyərək gedirsən hara?
Doğma ürəyimi yada dəyişdin

✿✿✿
Sevərkən hər kəsdən daha çox səni,
Sevməyən birinə verdin qəbini.
Adanıb o saxta gülüşərə sən
Çox olan sevgimi, aza dəyişdin.

✿✿✿

Indi o səninçün çiçəkmi oldu?
Indi o səninçün göyçəkmi oldu?
Mənimçün qurduğun xəyallar soldu.
Gül açan ağacı, bara dəyişdin.

✿✿✿

Nə etsəm olmadı daha bir fayda,
Yorulmuş vücudda qalmayıb hay da.
Tək qaldı ürəyim böyük sarayda.
Bir gözəl otağı, dama dəyişdin
 

7 views
 
Yorumlar
MADMAZEL 06.05.2011

1 AZ UREK OXUMAQ ISTEDADIM VAR ONANDI

Habil Məmmədov 06.05.2011

ureyimi oxudun...

Habil Məmmədov 06.05.2011

tale bir gozele meylimi saldi,
murada catmamiw elimden aldi,
Gozlerim o qizi axtardi tapdi,
Sevirem soyleyib meni aldatdi....

Cəsur 06.05.2011

Bir vaxt sen menimdin, men senin tenin
Indi bu barede duwunmeyirsen
Bir vaxt gozlerimden operdin menim
Indi gozlerime gorsenmeyirsen

Blog
Bloglar 5 dakikada bir güncelleniyor