AGILLI VE MESLEHETLI
37, Baku, Azerbaycan

1) Heç kəs heç vaxt unudulmayacaq

2) Cəhənnəmdə od olmur, odu insanlar cəhənnəmə özləri ilə gətirərlər.

3) Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki, paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.

4) Dünya yaranandan paltar dayişir. Amma qadın yox.

5) Cavanlıqdan qocalığa güc saxla, savaşanda barışmağa üz saxla!!!

6) Heç bir quş uçduğu yüksəklikdə qalmır, təkrarən aşağıya enir.

7) Azadlıq ifrət derəcəsinə çatdığda özbaşınalığa cevrilir.

8) Nəfsinin müəllimi, vicdanının şagirdi ol!

9) Hərçənd qadınlar dünyanı idarə edirlər, lakin tarixçilər yalnız kişilərin adını bilirlər.

1257839143_1246523425_ne0063.gif

10) Həyat nə qədər maraqlıdır bir o qədər də çətindir.

11) Sən dedin, mən inandım! Sən təkrar etdin, mən şüphələndim!

12) Pul ağıllı insanlar üçün vəsait, axmaqlar üçünsə məqsəddir!

13) Zaman sağaltmır, öyrədir

14) Pis insan yoxdur, pis əməllər var.

15) Qanunlar agıllı adamlar üçün məşğuliyyət, axmaqlar üçün isə məhdudiyətdir.

16) Dahi adam odur ki, bir səhvi iki dəfə etmir.

17) Agıllı müdrikdən yanlız 1 xususiyətinə görə fərqlənir: ağıllı düşdüyü çətin vəziyətdən çıxa bilir, müdrik isə çətin vəziyyətə düşmür.

18) Mən rastıma çıxan hər cür uğura və uğursuzluğa iki elim kimi eyni baxıram. Buna görə də xoşbəxtəm

1257839128_1245277570_dc31baf42045.gif

20 views
 
Yorumlar
captain070 29.11.2009

Yeni təyin olunmuş rayon polis şəbəsi rəislərindən biri rayonda kriminogen vəziyyət gərginləşib deməyə çalışsada cümlə qurarkən belə deyib;
-Son məlumatlara görə rayonda qnikoloji vəziyyət gərginləşib.

Gəncənin keçmiş icra başçısı Rasim Daşdəmirəvun yəqin ki, hamıya məlum olan 'Lissabonun sammit şəhərində frazası aşağıda dediklərinin yanında toya getməlidi.
1. Gəncə şəhərində Xocalı soyqırımının yad edilməsi ilə əlaqədar, Xocalıdan olan qaçqınlar qarşısında çıxışında; Hörmətli soyqırım iştirakçıları
2. çernobıl əlilləri ilə görüşdə Sizi çernobil günü münasibəti ilə təbrik edirəm

Xaçmaz rayon sakinini caqqal dişləyib...
Jurnalist mətbuat xidmətinin rəisi Yolçu Xanvəliyə sual verir ki, çaqqalı tutmaq mümkün olub ya yox, bizim bu başbilən veterinar da cavab verir ki, ' çaqqal yerli sakini dişlədikdən sonra ərazidən qaçdığı üçün onu tutmaq olmayıb. Hal hazırda çaqqalın axtarışı istiqamətində işlər aparılır.
P.S Maraqlıdı bu veterinarlar o boydana çaqqal sürüsündə yerli sakinə təcavüz eləyən çaqqalın hansı olduğunu hardan biliəcək və onu tutacaqlar?

Bakıda Koroğlu tankerinin suya salma mərasimində tankerin sərnişin daşımaq üçün nəzərdə tutulduğunu bilməyən bir jurnalist o dövrlər Nəqliyyat naziri olan Ziya Məmmədova müraciət eləyir.
-Ziya müəllim bu tanker nə qədər sərnişin daşıyacaq?
Ziya müəllim)))
-Elə-belə 500-600 nəfər, ayaq üstə isə 1000 nəfərə yaxın.

Milli məclisdə Sosial müdafiə fondunun büdcəsinin müzakirəsi aparılır. Büdcənin detalları barədə deputatlara məlumat verən fondun rəhbəri Səlim Müslimov deyir:
'Planlaşdırmışıq ki, gələn il Azərbaycanda 43 min uşaq anadan olacaq, 37 min nəfər də öləcək'....

Papa Rimskinin- AR səfəri zamanı MM sədri Murtuz Ələskərovla görüş zamanı. Mürtuz müəllimin uzun uzadı əl sımadan sonra ilk sözü belə olub:
Papa necəsən?...

Blog
Bloglar 5 dakikada bir güncelleniyor