Günahkaram…Gedirəm….
37, Baku, Azerbaycan



Bir çətinliyin olması bəs etdi dözümlü saydığım ürəyimə…

Hirslə qırdığım qələmimin qırıq ucuyla,

yenə təkliyimdən bəhs edən sətirlər qaralayıram
buruşmuş səhvələrə…

Ahh ürəyim ! bu nəyin inadıdır…?

Bax!...Ölü durnalar düşür,mavisi yonulmuş göy üzündən…

hökümsüz cəzalandırılıram
"onun" məhkəməsində…

Xayin qaranlıqdı bu sevgi…Sonu ölmək…Yolu uzun…

Dadı dilimə zəhərdir, gecələrin yuxularıma batan xəncərdir..


Bəsdir ürəyim!.. Bu nəyin inadıdır...?

yuxusuz gecələrin qoynunda ,

ağrılarla bağlanmağa çalışır göz qapağlarım.

böyüməyin nə mənası var ki..?


De dəli ürəyim ,Bu nəyin inadıdır…?

Dərin bir neştər yarasının altından

damla damla sızaraq tərk edir məni bütün ümidlərim…

Dumanlı bir otağın ən kədərli yerində,

itmiş xəyallarımın əhatəsində ,

çoxlu ağrılar ,təkliklər və döyüş sonrası

sancılarla qalıram qanlı meydanların ortasında…


“Azad olsam eşqlə azad olacam”
dediyim üçün

başqa bir planım da kalmadı daha…

Onsuzda gülünc bir cümləydi,

qələmimi Eşq'lə qanatdığım günlər…

Hə yene bacara bilmədim…

Dəli dalğaların döydüyü bir sahilin qışqırığları içində dayanırdım…

Ama yaşamaq məcburiyyətində idim uçurumların ucunda…

Amma ki bir tufan məcburən qapılarımı qırmağa çalışır…

Yeni bir gəmi inşa edirəm sinəmdəki sümüklərdən…

əsir buraxıram xəyallarımı durğun sahillərə…

Qalın qış paltomu geyinib

çıxıram buz kimi səyahətə…

Çiyin verməyin tabutuma,

Öz əllərimlə daşıyacam meyidimi…

Dəniz dalğalarından geridə buraxdığım

bütün sevgilərimi salamlayıram ölümbaz baxışlarımla…

Gedişimi O hazırladı ,mən sadəcə tətiyi sıxdım…

Ölərkən belə məsum deyildi üzümün rəngi…


Günahkaram…Gedirəm….


15 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor