Sevməkdən deyil itirməkdən qorxur insan
37, Baku, Azerbaycan

Sevməkdən deyil itirməkdən qorxur insan.


Sevməkdən heç vaxt qorxma.


Hər gün heç bezmədən sevdiyimiz şeylər var; şokolad souslu sürüşməkli dondurma məsələn


dəniz kənarında bir çay bağçasında oturub üfüqə baxmaq məsələn ya da söhbət etmək isti bir səslə saatlarla telefonda..


Tək qalmağı da sevir insan,amma tərk edilməyi deyil-cırılıb atılmış bir məktub kimi.


Qazanmağı da sevir insan amma məğlub olsa da məğlub etsə də imtina edə bilməyəcəkləri var.
Sevmək deyil itirmək qorxudur ən çox.
Sevincə hər şeyini verir insan hər şeydən keçir özündən keçir bəzən.
Hər dəfə bu son deyə sevir,mənim deyə sevir keçmişin dadları silinsin deyə sevir
təmir etmək,təmir edilmək üçün sevir,birdən birə sevir,tükənmək köhnəlmək
az qalmaq üçün deyil,həmişə qalmaq üçün sevir.

Sevdikcə qarşılıq görə bilmədikcə itirirsən ümidini itirirsən dilindəki dadları itirirsən.

Sevməkdən deyil itirməkdən qorxur insan.

Gözəl başlayan hər şeyə hökmü keçir zamanın.
Yeni bir yaş bir yenisi daha bir su kimi keçir illər vaxtlı vaxtsız bir gün sən keçirsən həyatdan
bir gün mən keçirəm vaxtı dolmadan..
Bağlanmasından qorxursan pərdələrin tapınca deyil bir ömür sonsuza qədər sürsün istəyirsən.
Heç solmasın çiçəklər heç bitməsin günlər heç tükənməsin sevmək sevilmək
əlləri əllərindən heç çəkilməsin istəyirsən.
İstəsə sönsün işıqlar götürüb aparsın dəniz dalğalarıyla təzəliyini sahillərindən amma
götürməməsini istəyirsən sevdiyini qollarından..

"Sevməkdən deyil itirməkdən qorxur
sevincə gördüyü yuxudan oyanmaqdan qorxur insan.."

11 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor