Ümüd istəmirəm
37, Baku, Azerbaycan

ümidlər məndən uzaq dayansınlar təklik əlimdən tutsun
ümidlər məndən uzaq dayansınlar hirs içimdə böyüsün
ümidlər məndən uzaq dayansınlar özümdən daha güclüyəm
ümidlər mənə yaxınlaşmasınlar qaralar istəyirəm
ümidlər məndən uzaq dayansınlar qaranlıq içəri süzülsün
ümidlər məndən uzaq dayansınlar xoşbəxtlik mənə kədərlənsin
ümidlər məndən uzaq dayansınlar beş pul etməsin doğrular
ümidlər mənə yaxınlaşmasınlar yalanlar silsin hər şeyi
ümidlər məndən uzaq dayansınlar ağrılar istəyirəm
ümidlər məndən uzaq dayansınlar məni anlayan bir şeylər
ümidlər məndən uzaq dayansınlar məni izah edən bir şeylər
ümidlər mənə yaxınlaşmasınlar itmək istəyirəm
ümidlər məndən uzaq dayansınlar bir ağacın kölgəsinə saxlanmaq
ümidlər məndən uzaq dayansınlar kölgə sərin kölgə soyuq
ümidlər məndən uzaq dayansınlar orada bir şeylər axtarmaq
ümidlər mənə yaxınlaşmasınlar heç tapa bilməmək
ümidlər məndən uzaq dayansınlar günlər sürətlə keçincə
ümidlər məndən uzaq dayansınlar çıxmağa çalışmaq qabıqdan
ümidlər məndən uzaq dayansınlar daha da sıxışmaq
ümidlər mənə yaxınlaşmasınlar səma çox uzaq
ümidlər məndən uzaq dayansınlar elə isə dəniz var az irəlidə
ümidlər məndən uzaq dayansınlar anlamaq
ümidlər məndən uzaq dayansınlar darıxmaq
çünki onu hələ çox sevirəm ölə bilməzsən ölsən də.

Qaralar istəyirəm bu qaranlıqda, daha çox qara, yalvararam sənə. Ağrılar... İstəmədiyimizdə hər yerdələr, sığınmaq istədiyimizdə hardadılar? Ağrılar... Bu günə qədər heç gecikməmişdilər, məni heç tək buraxmamışdılar
Ağrılar istəyirəm, ümidlər məndən uzaq dayansınlar.

Özümdən daha güclüyəm.
Bir səhər oyandığımda -hətta bəlkə də oyanmadığımda- pərdəmi çəkim, pəncərəmi açım, isti bir qaranlıq dolsun içəri buz kimi bir hava yoldaşlığında, bədənim ürpərsin, bir həll axtarım, bilim soyuqdan xilas olmayın tək yolunun istiyə çatmaq olmadığını, çünki bu asana qaçmaq olar, insan tapa bilməz hər vaxt, hər axtardığında bir isti, asan deyil heç vaxt yaşamaq pəncərəni bağlaya bilməm, bu da çarə deyil, hər vaxt bir pəncərəm olmaya bilər.

Həll çıxarmaq asan deyil. Çıxardığımız hər həll də həll deyil.
Qaçacaq heç bir yerin yoxsa qaçma, yorulma boşuna.
Qaralar istəyirəm məni saxlayacaq, çünki heç bir yerə qaça bilmirəm.

Bəlkə qaranlıq saxlaya bilər məni. İşıqlıq həmişə xəyanət etdi, hansı ümidə qaçsam məni alçaltdı. Doğruları axtardığım zamanlar belə oldu, hiss etdiyim zamanlar belə oldu hətta. Amma heç bacara bilmədim.

Göz yaşlarımın islatdığı qələm sürüşkənləşdikcə daha da yaza bilməz oluram. Görürsünüz, sizin sözlərdən fərqli şeylər istifadə etmirəm, mənim də sizinlə eyni ümidlərim vardı, eyni xəyallarım, sizinlə eyniydim mən də, sizdim mən.

3 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor