Zaman - vaxtin axini,
Uzaq etme yaxini,
Gormediyi yuxunu
O qeder yozan var ki.
Qoc bilib quzusunu,
Gizledib ruzusunu.
Ozgenin yazisini
O qeder pozan var ki.
Umid - uzaq bir ciraq,
omur yazin bir varaq.
Ayagin altina bax,
O qeder qazan var ki.
Kaman saxlamir oxu,
Cicek gozunde qorxu,
Guller neylesin, axi ?!
O qeder uzen var ki.
Sen saxla gozunu tox,
Sindirma ozunu cox.
Acliga dozumun yox,
O qeder dozen var ki.
Seytan bicliyi pulda,
Dovsan qorxusu kolda,
Ezber bildiyi yolda
O qeder azan var ki.
Aglama icin-icin,
Ayril icinden kocun.
Heqiqeten gezen ucun
O qeder duzen var ki.
Insan yaranmayib umid qirmaga,
Omurluk qelbimde qalmaga calis.
Nahaq can atirsan qisqandirmaga,
Konlumu ovcuna almaga calis..
Vallah, gec olacaq vaxtin kecende,
Esqin serbetini derdden icende,
Hesaba gelmeyen guller icinde
Yegane ciceyim olmaga calis..
Yaninda olaram her bir vedende,
Butun anlarinda, fesillerinde.
Sevgine ureyim darliq edende
Cosub gozlerime dolmaga calis..
Olsun ki, derdinden coxu olecek,
Saclar agardacaq, yaslar silecek.
Ozgeler adice xezel bilecek,
Payizda menimle solmaga calis..
Hesret urek etmir qapini doye,
"Can"deyen olubmu yada, ogeye?
Seni mensizliyin qirmasin deye,
Yadina gileyle salmaga calis...
Qadını dirçəldən , onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir.
- Fyodor Dostoyevski
Sevgidir yaşamagçın insana can veren de,
Sevgidir mene ancag heyatı sevdiren de
Işığı da sevirem, kölgeni de sevirem,
Ey ayağımdan çeken, men seni de sevirem
Senin varlığın mene heyat dersi öyreder.
Məndən ayrılanda qəmli söz demə
Bil ki, qazanmadıq sevgini asan
Məndən ayrılanda xüdahafiz demə
Qorxuram gedəsən qayıtmayasan
Bir il bundan əvvəl bu gün görüşdük
Mən qəribə biriyəm bu qəribə həyatda,
Saxla sən bunu yadda!
Mən sizlərdən deyiləm, yiyənizsə də yiyəm,
Mən sizlərdən fərqliyəm...
Mən qəribə biriyəm bu qəribə həyatda,
Ola bilsin mən adda
çox olan bir adamlar,
bir ömrü yaşayanlar,
bu adı daşıyanlar,
Olmuş, olub, olacaq!
Lap tutaq ki, bu dünya eyni adla dolacaq...
Onlar mən deyiləm ki, mən qəribə biriyəm
bu qəribə həyatda.
Mən işıq sürətilə min illərlə ötüşən,
min ayətlə görüşən,
Üzünü görmək üçün,
Başına dönmək üçün,
uzun-uzun yol gələn,
Göyün sinəsin dələn -
yeddi qatın deşənəm.
... Zəmbil ilə düşənəm
bu dünyaya səninçün.
Ey yaranan mənimçün,
fəqət mənim olmayan,
Mən qəribə biriyəm...
Nə qədər ki, diriyəm
mən belə də olacam,
mən belə də qalacam,
mən belə də saralıb, mən belə də solacam.
Mən dəyişən deyiləm.
Mən əyişən deyiləm
xəyalından yad ilə,
Nolar məni…
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin…