Kim deyir bu dünya kefdi damaxdı
Kefdə olanlarda kefdə deyilmiş
Yüz il bu dünyada yaşasan belə
Göz açıb görürsən həftə deyilmiş
Vəfası yalandı dosluğu hədər
Ötəri sevgidi əbədi kədər
Oxuya bilmədim axıra qədər
Dünya kitab kimi rəfdə deyilmiş
Min ürək qırıla min ürək sına
Fələyin qılıncı çəkilməz qına
Verir verdiyini can bahasına
Tanrının heç nəyi müftə deyilmiş.!!!
Z.Y...............