Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur..
Gözümüzün yaşını da,
Bağımızın başını da,
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur...
Gələn nədir? Gedən nədir?
Bələk nədir? Kəfən nədir?
Bu dünya öz kefindədir..
Yağış yuyur, gün qurudur...
Ramiz Rövşən
Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!