Blogi


Ciciqiz-N1
35, Roseau, Dominica


Səbəbini bilmədiyim bir ağlamaq var içimdə.
Bir yerlərə sığdıra bilmirəm ürəyimi. Çiyinlərim ağrıyaraq oyanıram səhərlər.
Ah necə köhnəlir hər şey ana, necə köhnəlir.
Köhnələrimi də atmağa qıya bilmirəm. Sənisiz çox darıxıram.
Mənə qadağan etdiyin bağçalar, sənə dəmi uzaq idi
Gedə bilməyişinə ağladınmı səndə? Nə vaxt köhnəlir sevgilər?
Ödənən əvəzlərin ağrısı keçincəmi? İşdə belə,
ürəyimdə bir ağrı Mahnılar səni söyləyər.
(((((
Anam...
Nə çox darıxdım bilə bilməzsən. Bu şəhər mənə dar gəlir... Kilometrlər içimi yandırır... Mən nə qədər də kimsəsizmişim, bu gün anladım...
İnsan nə qədər də tək qalırmış Anam... Buralar mənə dar gəlir, təklik içimi dağlayır... Biz…


Ciciqiz-N1
35, Roseau, Dominica

Anam;
Nə gözəl bir sözdür bu. Nə qədər də böyük məna daşıyar kürəyində. Canım Anam... Elə darıxmışım ki səni, içimə doyana çəkdiyim qoxun, bədənimə sinmiş. Sən iy verirəm sanki buram buram. Daha kiçikdik, "Hər şeyi bil qızım" dedin, "Etdiyin mənə isə, öyrəndiyin özünə." Sən necə bir Anaymışsan ki mənə hər şeyi öyrətdin. Məni kimsəyə mahçup etmədin. "Ah, ahh qızım, mən nələrə dözdüm." dedin, səbr etməyi öyrətdi mənə. Nəvələrini sevdiyin də nə qədər də kədərlənərdim, "Anam artıq məni sevmirmi yoxsa?" deyə. İçdən içə iç keçirərdim. Anlamamışım Anam. Sənin yerin ayrı dərdin də, hamı/həmişə duy/eşitməzdən gəlmişim...
Anam;
Sən Allahın necə bir lütfüsən…


27.12.2011
Ciciqiz-N1
35, Roseau, Dominica



Ciciqiz-N1
35, Roseau, Dominica

www.birge.az/star/28874

:D

hadi durmayin like like))))


23.12.2011
Ciciqiz-N1
35, Roseau, Dominica

Bir ili sonda qoyuruq uje yavaş-yavaş.Saytın ənlərini seçmək şansı verilir sizə.
Online səsvermə nəticəsində saytımızın ən, ən, ənlərini seçək.
Xahiş olunur qaydalara tam əməl edəsiniz!
Tanışlıqla heç kəsə səs verməyin ki, ilin ən haqqlı istifadəçilərindən olasınız. Aşağıda göstərilən nominasiyalara uyğun səslərinizi verin. Göstərilən saydan az istifadəçi adı yaza bilərsiniz, amma çox
yazdığınız halda səsiniz qəbul edilməyəcək.

1. İlin ən yaxşı idarəcisi.
2. İlin ən Acıdil istifadəçisi: 1 oğlan və 1 qız.
3. İlin ən aktiv istifadəçiləri: 1 oğlan və 1 qız.
4. İlin ən çox maraqlı blok müəllifləri: 1 oğlan və 1qız.
5. İlin ən çox sevilən istifadəçiləri: 1oğlan və 1 qız.
6. İlin ən maraqlı istifadəçiləri: 1 oğlan…


Ciciqiz-N1
35, Roseau, Dominica

Bir vaxtlar yaşı 90-a çatan, ancaq 90-dan (bəlkə də, 60-dan) gənc görünən bir adam yaşayırdı. Ətrafındakılar onu çox sevir və tez-tez: “Bu gəncliyin sirri nədir?” – deyə soruşurdular. Qoca isə hər dəfə bu sualı eşidəndə gülürdü. Ancaq bu suallar get-gedə çoxaldı və qoca bu suallara cavab verməyi qərara aldı. Ancaq bu suallara ən asan necə cavab verə bilərdi? Əlbəttə ki, ən yaxşısı onları evinə yeməyə dəvət etmək idi. Nəhayət, bir gün qoca onların hamısını evinə yeməyə dəvət etdi. Üstəlik, hamısına: “Bu yeməkdə sizə sirrimi açacağam,” – dedi. Nəhayət, o gün çatdı. Yeməklər yeyildi, çaylar içildi, söhbətlər edildi. Artıq vaxt da…


Ciciqiz-N1
35, Roseau, Dominica

Tanrı dərgahına tutdum üzümü
Həqiqət naminə dedim sözümü
Bu eşqin yolunda asdım özümü
Dünya, sənə deyiləsi sözüm var

Suallar icində qalmışam nakar
Bağlı qapıları fələkmi acar?
Mərdlərin önündə durmağı bacar
Dünya,sənə deyiləsi sözüm var

Qəribə yoxluqda yaxşı ki, varsan
Sən mənə arxasan,dövlətsən varsan
Öz aramızdı yaman davakarsan
Dünya,sənə deyiləsi sözüm var

Qonaqtək dünyaya gələndim
Xırdalanıb ələyində ələnddim
Son ümüddə torpağına bələndim
Dünya,sənə deyiləsi sözüm var

Yaşamaq eşqini dadıb,gedirəm
Sevgimi icimdə udub,gedirəm
Bir sözün ucundan tutub,gedirəm
Dünya,sənə deyiləsi sözüm var

Uçalıq verdim ki,ulduza-aya
Ömrün illərini barmaqla saya
Bəndənin sözünü saymırsan saya
Dünya,sənə deyiləsi sözüm var...


27.02.2012
Ciciqiz-N1
35, Roseau, Dominica



Ciciqiz-N1
35, Roseau, Dominica

Təpədən dırnağa hirs içindəyəm
Dönmüşəm dustağa hirs içindəyəm
Bu hasar içində, bu hirs içində
Ürəyim özünə yer tapa bilməz
Bir çiçək qoxusu, bir quş qoxusu
Daha ürəyimə yol tapa bilməz
Səpdim mən öz yarama mən öz külümü
Adam öz külünə bulunur belə
Dişim parça-parça kəsir dilimi
Şeirim hecaya bölünür belə
Mən belə adamam məndən uzaq gəz
Uzaq gəz xeyirimdən, şərimdən mənim
Daha bu qələmim çiçək bitirməz
Qızlar çələng hörməz şeirimdən mənim
Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın
Sən də daşlamağa özgəsini tap
Məni ömür boyu…


27.02.2012
Ciciqiz-N1
35, Roseau, Dominica

Köçür tanışlarım dünyadan bir-bir,
Çoxdan itirmişəm sadiq dostları.
Tənhalıq qüssəsi ürək göynədir,
Bu günün sabaha yox etibarı.

Məhrəm bir ülfətin tamarzısıyam,
Qocanın söhbətlə qarışır başı.
Rəhimli Tanrıma bəzən asiyəm,
Qəhətdir münasib çənə yoldaşı.

Götürüb açıram cib dəftərçəmi,
Gözüm sətirləri gəzir həsrətlə.
Qovmaq istəyirəm könlümdən qəmi,
Ömür çürütmüşəm mən bu xislətlə.

Bir anda heyrətdən quruyur qanım,
Qara xətt çəiklib bütün adlara.
Sağ deyil simsarım, bircə hayanım,
Kimlərə üz tutum, zəng edim hara?!

Keçir zaman-zaman hamı sınaqdan,
Tütyə insanların görünür yeri.
Pozuruq aranı çox vaxt nahaqdan,
Böyük qənimətmiş dostun hər biri.

Şirin düşüncələr çatır dadıma,
Soyuyur alnımda həyəcan tərim.
Xoş günlər, şən…


Blogi
Blogit päivitetään joka 5 minuutti