Böhtanlara
qatmaqçün, nöqsanı şişirdirlər,
Zindanlara atmaqçün, böhtanı şişirdirlər.
Sizlərdə
xəcalətdi, bizlərdəsə adətdi,
Adətdi beş ildən bir, nadanı şişirdirlər.
Toylarda
tutub qoldan, nazirlə süzən kəslər,
Qoltuqlara girməkçün, imkanı şişirdirlər.
Yer var gözə
soxmaqçün, nə azı beş-on santı,
Yer var üzə çıxmaqçün, xudmani şişirdirlər.
Xortdannan əgər artıq, qorxmursa uşaqlar da,
Bica yerə bizlərçün, xortdanı şişirdirlər.
İllərdi
ki, mənsəbdə, qarın şişirənlərimiz,
İştanqı tutub indi, idmanı şişirdirlər.
Cırtdanlara
xaricdən div payı ayırmaqçün,
Nəsli cır olan divlər, cırtdanı şişirdirlər.
Basqal
deyilən kənddə, bir rövzeyi-rizvan var,
Hərdən aparıb orda, Pünhanı şişirdirlər.
Baba Pünhan
8 iyul, 2002
Qerbin aciqligi moda ola bilmez sene
Seni xor goren alcaq qarsidir islama.
Muselmansan sen uymalisan Qurana.
Ortulu xanimlar bu olkenin qururudur.
Momin xanimlarin qururu basortusudur.
O azadliq deyen ISLAM dusmeni
Qerbin heyrani, o alcaq usaqlari
Bunlar seytanin birer qabaqcilaridir.
Momin xanimlarin izzeti Basortusudur.
Sen muselman qizi muselmansan.
Sen bele yasadin bele qalasan.
Sen Hz.Aise modasina baxasan.
Hicabli olmaq islamin olcusudur.
Muselman qizlarin iffeti basortusudur.
Sen muselman qizisan, islam dinin var.
Bilirem muselmanlara bu dunya Dar.
Seni qoruyan en boyuk ALLAH var.
Muselman qizlarin nurudur.
Hicabli qizlar olkenin onurudur.
Medeniyetin var kimse kem baxmaz sene.
Cox sehid…
Ey yolçu! Sənə bir sıxıntı gəldiyi zaman o sənin qurtulmağın üçündür. Boş yerə üzülmə!
Əgər daima yay mövsümü olsaydı, günəşin hərarəti bağı, bağçanı yandırıb yaxardı.
Qışın üzü sərtdir, amma şəfqətlidir. Yay nəşəlidir, gülümsəyir, amma yandırıcıdır.
Sıxıntı gəldiyi zaman onda genişlik gör və təzələn! Alnını qırışdırma!
Qəm ye! Lakin qəmini artıranların çörəyini yemə! Çünki ağıllı insan qəm yeyər, uşaq isə şəkər.
Bu iki halı ovcunda gör! Yumruğunu sıxdıqdan sonra mütləq açarsan.
Movlana Celaleddin Rumi
Kimin canı şəhvətdən, hiddətdən, nəfsani arzulardan arınmış, təmizlənmişdirsə, o şəxs məna aləmini və məna sarayını tezliklə görər.
Kimin könlündə bir qapı aşılarsa, o, hər zərrədə bir günəş görər.
Ay necə parlaqlığı, böyüklüyü ilə ulduzlar arasında ehtişamlı bir şəkildə görünürsə, Allah-Taala da lütfü, ehsanı, qüdrəti və xəlq etmək gücü ilə fani varlıqlar arasında eləcə açıq-aydın şəkildə görünər.
Sən iki barmağının ucunu iki gözünün üzərinə qoy. Dünyadan bir şey görə bilərsənmi? Insaf ilə söylə.
Sən gözünü bağladığın üçün bu dünyanı görməsən də, bu dünya yox deyildir. Dünyanı görməmək eyibi, həqiqəti göstərməmək qəbahəti ancaq uğursuz nəfsin barmağına aiddir.
Sən ağlını başına topla. Öncə gözlərindən barmaqlarını çək, ondan sonra…
Sonsuz bir qaranlığın içindən anadan olmuşam.
İşığı
gördüm, qorxdum.
Ağladım..
Zamanla işıqda yaşamağı öyrəndim.
Qaranlığı
gördüm, qorxdum.
Gün gəldi sonsuz qaranlığa uğurladım
sevdiklerimi ...
Ağladım..
Yaşamağı öyrəndim.
Doğumun,
həyatın bitməyə başladığı an olduğunu;
aradakı hissənin, ölümdən oğurlanan
zamanlar olduğunu
öyrəndim..
Vaxtı öyrəndim.
Yarışdım
onunla ...
Zamanla yarışılmayacağını,
zamanla barışılacağını,
zamanla öyrəndim ...
İnsanı öyrəndim.
Sonra
insanların içində yaxşılar və pislər olduğunu ...
Sonra da hər insanın içində
yaxşılıq
və pislik olduğunu öyrəndim.
Sevməyi öyrəndim.
Sonra
güvənməyi ...
Sonra da güvənin sevgidən daha
qalıcı olduğunu,
sevginin güvənin möhkəm zəmini
üzərində qurulduğunu
öyrəndim.
İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu ...
Sonra da ruhun əslində bədənin
üstündə olduğunu
Özünə gəl! Qarğaya bənzəyən nəfsinin arxasınca qaçma! Çünki o səni bağ-bağçaya deyil, qəbiristanlığa aparar.
***
Nəfs ağıl sahibini necə aldadır?
Bu sualın cavabını Mövlana çox maraqlı bir misalla açıqlayır:
-Bir milçək bir gün dəniz kənarında bir yerə qonur. Ətrafını seyr edərkən içində yüzlərcə adam olan nəhəng bir gəmi və bu nəhəng gəmini də bir şəxsin, yəni kapitanın idarə etdiyini görür.
Böyük bir heyrət və təəccüblə öz-özünə belə deyir:
-Bu nə əcaib şeydir? Içində yüzlərcə adam olan bu nəhəng gəmini bir nəfər necə idarə edir?
Bir müddət sonra yenə eyni milçək yol üzərindəki palçıqda bir ulağın nal izinə toplanmış sidik yığıntısı üzərində bir saman çöpü görür.…