Virtual
sevgiyə inanırsınız? sualını tv-də və radio kanallarında eşidəndə bu
mənə mümkünsüz bir şey kimi gəlirdi. Necədə mən virtual sevə bilərəm?
Çox keçmədi çatda bir qızla tanış oldum. Zaman keçdikcə o qıza günü
gündən bağlanmağa başlayırdım. 1 il danışıqlardan sonra artıq
bir-birimizə qarşı sevgi hissi oyanmışdı. Söhbətdən sonra telefonla
əlaqə saxlamağımız daha da bizi bir-birimizə bağlayırdı. Bir-birimizi
ürəkdən sevirdik. Amma gəldi çatdı elə bir gün... Danışdım o qızın
anası ilə. Anası ilə danışıqda anası mənə qızının bu sevgidən əziyyət
çəkərək tez-tez ağladığını və sonda isə bir valideyn kimi qızına qarşı
öz fikirlərinin olduğunu mənə bildirdi. Bundan sonra artıq o qızla
əlaqələri tamamilə kəsmək məcburiyyətində qaldım. Bunu qızın özünə də
eynilə bildirdim. Həmin günün axşamı o qızı çatda görəndə bu
söhbətimizin sonuncu söhbət olacağını bilirdim və beləliklə də sonuncu
danışığımızı bir yadigar olaraq çatdan bir word mətninə copy etdim...
Mən-> Salam, acıda olsa bu son danışığımızdır.
O
Qız- Mən-> Anlamamalı heç nə yoxdur. Rahatlıqla səndən əl çəkdim
çəkmədim fərqi nədir? İncimə sənin valideynlərinin sənə qarşı fikri
başqa mənim valideynlərimin başqa.
O Qız-> Bəs sən məni heç vaxt atmayacaqdın?
Mən-> Mən səni heç zaman atmayacaqdım atmadım da. Amma məgər mənim istəyimləmi oldu ayrılmağımız :(
O Qız-> Mən indi necə yaşaya bilərəm, heç məni düşünmürsən sən?
Mən->
Bir müddətdən sonra mənə görə yaşamaq heç də sənə çətin gəlməyəcək,
eynilədə mənə sənsiz (Belə danışığıma səbəb ayrılmağımızın ona çoxda
çətin gəlməməsi olub)
O Qız-> Mən deyəndə ki siz oğlanlara nə var
ki azad və rahatsınız mənə yox deyirdin sən. Başımı təmiz itirmişəm,
mən nə etdim ki, sən belə edirsən.
Mən-> Məgər mən sənə, sənin nəsə etdiyini dedim..? Sənlik heçnə yoxdur...
O Qız-> Necə olacaq. Axı sən mənim birinci və axırıncım olmalı idin ya yox?
Mən-> Bilmirəm axırıncın olmalı idim ya yox hər halda bunu özün yaxşı bilərsən.
O
Qız-> Bəs mənə niyə elə gözəl sözlər yazırdın sən? Deməli mən sənin
üçün elə belə vaxt keçirmək üçün lazım olmuşam, bəs Allahdan qorxmursan
sən? Məni aldatdığını düşünmürsən?
Mən-> Məgər o sözlərdə zərrə
qədər olsa yalan var idi.. ? Bəlkə sənlə bərabər o sözləri başqasına da
yollayırdım? Yox ancaq sənə həsr olunmuşdu. Həqiqətən o sözləri sənə
yazınca haldan-hala düşürdüm daim səninlə çatda olan danışıqlarımız
gözümün önündən keçirdi. Bilənlər bilir o çata girməyimin səbəbi səni
görməyim olurdu. Bir daha olmayacaq. Səni aldatdığımı zənn edirsən, yer
göy bildi səni sevməyimi sən bilmədin. Sənlə hərçənd heç bir dəfə olsun
belə görüşməmişəm amma danışığından belə çıxır ki, səninlə bir yerdə
olub sonra səni aldatmışam.
O Qız-> Mən çata gələcəm və başqaları ilə söhbət edəcəm bəs sən onda nə hisslər keçirəcəksən həəəə?
Mən->
Sənlə danışmaq üçün inan hər şeydən əl üzürdüm təki sənlə danışım. Məhz
ona görə nə gəzintiyə nədə şənliklərə belə getmirdim ki, gəlib
gözləyərsən olmaram deyə. Mənim hər şeyim sən idin, şənliyi ancaq sənlə
danışmaqda görürdüm. Axşamın da tez gəlməyini səbirsizliklə gözləyirdim
ki, indi sən çata daxil olacaqsan danışacağıq. Demək başqaları ilə
söhbət edəcəksən. Yaxşı sevgiyə son qoyuruq-qoyuruq buna görə məni
incitməyimi qərara aldın? Bu gündən etibarən başqaları ilə sənin söhbət
etməyini görən deyiləm. Danış ürəyin istəyən kimi. Danış! Bir daha
çalışacam gözünə dəyməyim, hərçənd səni çatda hamıdan üstün tutduğumu
özündə görmüşdün!
O Qız-> Mən yuxuma belə, belə bir şeyin ola biləcəyini gətirməzdim Vallah. Sən mənim bircə dənəmsən. Məgər elə deyil?
Mən->
Gözəlim sən də mənim bir dənəmsən olacaqsan daima olmusan da. Bağışla
canım bağışla sonu olmayan bir şeyi davam etmək lazım deyil. Canımsan
mənim, heç zaman üzülmə nə mənə nə də başqasına görə. Sənin tək qıza
üzülmək olmaz. Bir müddətdən sonra unudulacam. Anan demişkə bu yaşlarda
olan sevgi təbiidir.
Və beləliklə o son söhbətimizlə də əlaqələrimiz
tamamən kəsildi. Aradan 3 il keçir. O qızı hələ də sevirəm. Kim bilir,
bəlkə də elə bir gün gələr həyat səni bu səhifəni açıb oxumağa vadar
edər. Canım hər şeyim mənim, səni virtual həyatdan tapdım, səni mən
sənə qovuşmaq üçün sevdim, sevib ayrılmağım üçün deyil. Bəlkə də sən
bütün bu yazılarımı indi oxuyursan.. unutma ki, mən səni nə atar nə də
tərk edərdim unutma səni ölüncəyə qədər də sevərdim, unutmamışam səni,
ölüncəyə qədər də unutmayacam və sevəcəm...
sagol
buyurn oxuyun qiymet verin